Yuxarı

MTN-in həbs etdiyi İŞİD-çiyə çaqqal hücum edibmiş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTN-in həbs etdiyi İŞİD-çiyə çaqqal hücum edibmiş

Suriyada gedən döyüşlərdə iştirakda şübhəli bilinərək həbs edilən azərbaycanlı barəsində maraqlı məlumat var.

Axar.az İŞİD-ə qoşulmuş Mikayılov Rövşən Baba oğlunun 2009-cu ildə böyürtkən yığmaq istəyərkən çaqqalların hücumuna məruz qaldığını xəbər verir.

Zərdab rayon sakini olan R.Mikayılov o zaman qarın nahiyəsindən xəsarət alaraq Zərdab Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona müvafiq yardım göstərildikdən sonra evə buraxılıb. Bu məlumat internet resurslarında yer alıb.

Çaqqalların hücumuna məruz qalan Mikayılov sonradan İŞİD-ə qoşulub. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Hüquq müdafiəçisi Elçin Behbudov onunla görüşüb və Mikayılov əməlindən peşmanlığını ifadə edib.

Qeyd edək ki, bundan əvvəl Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən 26 nəfər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən tutulub.

Tarix
2015.02.10 / 20:05
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident: Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - Foto

Bakı separatçı-terrorçulara hökm oxudu - Rusiyadan ilk reaksiya

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla