Yuxarı

Ankarada qardaşlıq tədbiri: İlin AGAH-ları mükafatlandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Yurtdışı Türklər və Əqraba Topluluqlar Başqanlığının mərkəzi qərargahında Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi İctimai Birliyi (AGAH) tərəfindən “Türkiyədəki azərbaycanlı gənclərin problemlərinin tədqiqi və diaspor fəaliyyətində iştirakının peşəkarlaşdırılmasına dair tədbirlər” layihəsi çərçivəsində və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilən çoxhissəli proqram təşkil edilib.

Axar.az xəbər verir ki, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) və Ankara Sağlıq və İctimai İnkişaf İnstitutunun da dəstəyi ilə ikinci dəfə təşkil edilən “Kitab Həmrəylik Mənbəyidir” kitab müsabiqəsinin qaliblərinin də elan edildiyi və mükafatlandırıldığı proqrama Türkiyənin sabiq gənclər və idman naziri Suat Kılıç, Türkiyə və Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri, millət vəkili Şamil Ayrım, YTB başqan köməkçisi Səid Yusif, Türkiyə Prezident Administrasiyası Səhiyyə və Qida Siyasəti Şurasının üzvü Necdət Ünüvar, sabiq millət vəkilləri Şövkət Köse, Rəcəb Yıldırım, Ankara İctimai Elmlər Universitetinin rektoru Məhməd Barca, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, Azərbaycanın Türkiyədəki səfirlyinin birinci katibi Elçin Allahverdiyev, təhsil müşaviri Nəcibə Nəsibova, TAİB-in baş katibi Aygün Əliyeva, ASSGE-nin rəhbəri Xatirə Həsənova, QHT nümayəndələri, azərbaycanlı gənclər, diaspor fəalları iştirak ediblər.

YTB sədr müavini Səid Yusifin salamlama nitqindən sonra tədbiri giriş sözü ilə açan AGAH sədri Təbriz Raufoğlu bütün iştirak edənlərə təşəkkürlərini bildirərək, Həmrəylik Günü münasibəti ilə təşkil edilən proqramın kitab üzərindən həmrəylik mesajını hədəflədiyini, həmvətənlərimizi kitab üzərindən bir araya gətirməyi qarşısına məqsəd qoyduğunu vurğulayıb.

Daha sonra bu ildən etibarən AGAH tərəfindən irəli sürülən və Birliyin fəaliyyətində effektiv iştirak, azərbaycanlı gənclərin problemləri ilə yaxından maraqlanmaq, Türkiyədə Azərbaycanla əlaqədar mövzularda həssalıq nümayiş etdirmək meyarları əsasında təşkilatın İdarə Heyətinin qərarı ilə verilən “İlin AGAH-ları" mükafatları təqdim edilib.

Qurumun İH qərarı ilə Türkiyənin 61-ci Hökumətinin Gənclər və İdman naziri Suat Kılıç “AGAH Bakan”, Şamil Ayrım, Necdət Ünüvar, Şövkət Köse, Mahmud Göksu, Mətin Gündoğdu, Yaşar Qaradağ, Abdullah Çalışkan, İhsan Şənər, Ayşə Türkmənoğlu “AGAH millət vəkili”, Hulusi Kılıç “AGAH səfir”, Məhməd Barca “AGAH rektor”, Nəcibə Nəsibova “AGAH müşavir”, Aygün Əliyeva və Xəzər Azərbaycan Xalq Rəqsləri Dərnəyinin rəhbəri Gülçöhrə Sangu və Tarixdaş Millətlər Topluluğu Birliyinin sədri Əhməd Baba “AGAH QHT təmsilçisi”, Vüqar Abdullah və Xatirə Həsənova “AGAH iş adamı” mükafatları ilə təltif ediliblər.

Tədbir “Kitab Həmrəylik Mənbəyidir” müsabiqəsinin qaliblərini mükafatlandırılması mərasimi ilə davam edib. Müsabiqədə 1-ci yerə Haluk Tatarın “Zəfər sızlanaraq qazanılmaz” kitabı ilə Cavidan İsmayılzadə, 2-ci yerə İlbər Ortaylının “Bir ömür necə yaşanır” kitabı ilə Emin Yadigarov, 3-cü yerə isə Laurent Gounellenin “Tanrı daima tədbil-i libas gəzər” kitabı ilə Həvva Məmmədova layiq görülüb.

Müsabiqənin şərtlərinə görə, Cavidan İsmayılzadə 750, Emin Yadigarov 500, Həvva Məmmədova isə 250 türk lirəsi dəyərində kitab kuponu ilə mükafatlandırılıb. Qeyd edək ki, birinci yerin mükafatını TAİB, ikinci yerin mükafatını ASSGE, üçüncü yerin mükafatını isə AGAH qarşılayıb.

Sonda isə “Kitab lotereyası” keçirilərək qalib gələn bir nəfər iştirakçıya 100 tl dəyərində kitab kuponu hədiyyə edilib.

Tarix
2019.12.31 / 18:24
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh sazişi... - Rubio

Tarixi an: Əliyev və Paşinyan sülh imzalandığını elan edəcək

Sabah Ağ Evdə Əliyev və Paşinyan... - Tramp elan etdi

ABŞ-la Azərbaycan anlaşma memorandumu imzalayacaq

İlham Əliyev və Paşinyan Bəyannamə imzalayacaq

İlham Əliyev ABŞ-da Uitkoffla görüşdü - Video

Tramp Azərbaycanla bağlı sənəd imzalayacaq

Görüşün 8 avqusta təyin olunması təsadüf deyil!

Zəngəzurdan “Tramp marşrutu”: ABŞ-da nələr gözlənilir?

“Nar” bu abituriyentləri mükafatlandıracaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla