Yuxarı

Prezidentin yüksək vəzifə verdiyi Əhmədov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin yüksək vəzifə verdiyi Əhmədov kimdir?

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Vüqar Əhmədovun “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Vüqar Cəbrayıl oğlu Əhmədov Mingəçevir şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetində menecment fakültəsində bakalavr və magistr pillələri üzrə təhsil alıb.

O, həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və idarəetmə fakültəsinin menecment kafedrasının iqtisad üzrə fəlsəfə doktoru proqramının doktorantıdır.

2015-2018-ci illərdə Rusiya Federasiyasının Prezidentinin yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb.

O, Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Bir müddət Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin (sonradan İqtisadiyyat və Sənaye Nazirliyi) İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru vəzifəsində çalışıb.

2015-ci ildən hal-hazıradək “Azərişıq” Açıq Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışırdı.

2020-ci il yanvarın 7-də Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərişıq” ASC-nin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir. İki övladı var.

Tarix
2020.01.07 / 20:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla