Yuxarı

Erməni konfetini Bakıda satan kimdir? – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni konfetini Bakıda satan kimdir? – Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi hazırda marketlərdə aşkarlanan İrəvan istehsalı olan konfetlərlə bağlı araşdırma aparır. Bu istiqamətdə tədbirlər yekunlaşdıqdan sonra ictimaiyyətə açıqlama veriləcək.

Bu barədə Axar.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

“Hazırda bu istiqamətdə tədbirlər davam etdirilir. Araşdırma yekunlaşan kimi nəticəsi barədə məlumat yayılacaq”, - agentlikdən bildirilib.

Mövzunu saytımıza şərh edən Azad İstehlakçılar İctimai Birliyinin sədri, ekspert Eyyub Hüseynov isə hesab edir ki, Azərbaycanda açıq şəkildə satışa çıxarılan İrəvan məhsulunu ölkəyə gətirən firma səhvə yol verə bilməz:

“Bu məhsulu ölkəyə gətirən firma səhv etdiyini deyə bilməz. Çünki hər bir şirkətlə məhsuluna dair müqavilə imzalanır. O şirkətlə müqavilə yoxdursa, firma onun məhsulunu ölkəyə gətirə bilməz.

Bu, bəzi hallarda ayrı-ayrı şəxslərin Rusiyadan ölkəyə hansısa formada gətirdiyi məhsullar olur ki, üzərindəki etiketə, haranın istehsalı olduğuna baxmırlar. Bəzi işbazlar mənfəət əldə etməyə çalışan zaman belə yanlışlıqlara yol verirlər”.

İqtisadçı Bakı mağazalarında açıq şəkildə satışa çıxarılan bu kimi məhsulları ölkəyə gətirən şəxsləri gözləyən cəzadan da danışıb:

“Bu kimi nöqsanlara yol verən şəxslər mütləq cəzalandırılmalıdır. Cəzalanmasalar, belə halların davamı olacaq. Özünüz də şahidi olmusunuz ki, ölkədə üzərində erməni dilində məlumat olan məhsullar dəfələrlə satışa çıxarılıb. Media yazdıqdan sonra həmin məhsullar satışdan yığışdırılıb. Ancaq heç bir məlumat verilməyib ki, o məhsul ölkəyə necə ayaq açıb, satışa necə çıxarılıb. Əgər bu səhvə yol verən bir nəfər cəzalandırılsa, daha heç kəs bu kimi yanlışlığa yol verməz”.

Xatırladaq ki, Bakının “Freshmart” mağazasında İrəvan istehsalı olan şokoladların satılması faktı üzə çıxıb.

Tarix
2020.01.14 / 16:41
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...

Vuçiç İlham Əliyevə zəng etdi

Bakı və İrəvan arasında tezliklə... - Hakan Fidan

İrana hücum Epşteyndən qaçmaq üçün acınacaqlı cəhddir

İsrail Livanla bərabər, daha bir ölkədə işğalı genişləndirdi

Türkiyə Ermənistanla sərhədi açmağa tələsir - Səbəb

Erməni riyakarlığı: xəritəni bu cür saxtalaşdırıblar - Foto

Ceyhun Bayramov Tailanda getdi

Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdən danışdı

Corciya Meloni Bakıya səfərə hazırlaşır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla