Yuxarı

PA-dan dələduz ev şirkətlərinin şok - Siyahısı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
PA-dan dələduz ev şirkətlərinin şok - Siyahısı

Paytaxtda dələduz tikinti şirkətlərinin siyahısı açıqlanıb.

Axar.az xəbər verir ki, vətəndaşlara həmin tikinti firmalarından mənzil almamaq tövsiyə olunur. Bu şirkətlərin fəaliyyətinin bəziləri dayandırılıb, bir neçəsinin rəhbəri həbsdədir, digərləri barəsində araşdırma aparılır.

Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun AzərTAc-da dərc olunmuş geniş həcmli məqaləsində firmaların adları yer alıb.

Onların sırasında "İnşaatçı-GM", "Qolden", "Azərtikinti ATF", "İdeal-İnşaat", "Şahbulaq", "Abşeron-1", "A.E.K", "Xəmsə İnşaat", "Qaraçay", "Bios", "Bəyaz", "Dərəçiçək", "Meqa-siti Holdinq", "Elita-R", "Gənc", "R+R", "Birlik inşaat", "Ulduz" firmalarının adları qeyd olunub. Həmçinin müğənni Aygün Kazımovanın qardaşı Ələsgər Kazımovun rəhbəri olduğu "Ələsgəroğlu" firmasının adı da PA rəsmisinin məqaləsində hallanıb.

Habelə, "ABC", "Fuad LTD", "Kamran", "Safari-N", "Yeni Yasamal", "Effekt İnşaat", " "AENT-E", "HAYAN-E", "Klass Azko", "Badu Kubə", "Olimpus-AZ", "Cənnət", "Xəmsə" və digər tikinti şirkətlərinin fəaliyyətindən daha çox narazılıq olduğu bildirilib.

Müraciətlərdə mənzil alan şəxslərin aldadılmasından, müqavilələrin bağlanması zamanı yol verilən qanunsuzluqlar nəticəsində sonradan dələduzluq faktları ilə üzləşdiklərindən, nə ev, nə də verdikləri pulu geri ala bildiklərindən bəhs edilir.

Tarix
2015.02.15 / 00:44
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla