Yuxarı

Paşayeva: Bu illər ərzində ailə üzvünüz oldum... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşayeva: Bu illər ərzində ailə üzvünüz oldum... – Foto

105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva rayonun Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndinin sakinləri ilə görüşüb.

Axar.az xəbər verir ki, Qənirə Paşayeva hər 3 kəndi gəzərək, sakinlərlə söhbət aparıb.

“Bu illər ərzində ailənizin bir üzvü oldum, sevincinizə sevindim, kədərinizi paylaşdım, problemlərinizin həlli üçün əlimdən gələni etməyə çalışdım”, - Qənirə Paşayeva onlarla görüşdə deyib.

Q.Paşayeva Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasətdə Azərbaycanın rolu və yeri haqqında danışıb. O, bütün ölkədə, eləcə də 105 saylı Tovuz seçki dairəsi ərazisində və Tovuz rayonunda cənab Prezidentimizin rəhbərliyi altında dövlət tərəfindən həyata keçirilmiş böyük işlər, önəmli layihələri vurğulayaraq, rayonun daha da inkişafı istiqamətində işlərin daha da sürətlənəcəyini deyib. Q.Paşayeva bildirib ki, 14 illik fəaliyyəti dövründə Qədirli, Qaraxanlı, Düz Cırdaxan kəndlərinin sakinlərinin sağlamlıqla, təhsillə və bir sıra digər problemlərlə bağlı yüzlərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib.

Q.Paşayeva kənd sakinləri və ümumiyyətlə tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə təmsil etmək üçün əlindən gələni etməyə çalışacağını söyləyib.

Sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağıran deputatlığa namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirib.

Görüşdə yüzlərlə kənd sakini, ziyalı Q.Paşayevanın təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 14 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq, ona səs verəcəklərini deyiblər.

Milli Məclisin V çağırış deputatı kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb.

Q.Paşayeva görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları üçün müvafiq qurumlara müraciət edərək həllinə dəstək olmağa çalışıb.

Q.Paşayeva həmçinin hər 3 kənddə yaşayan bir sıra fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva bir sıra şəhid ailələri, müharibə əlil və veteranlarını da ziyarət edərək onların qayğı və problemləri ilə maraqlanıb və onların hər birinə göstərdikləri dəstək və etimaddan dolayı təşəkkürünü bildirib.

Seçicilər yenə seçimlərinin Qənirə Paşayeva olacağını vurğulayıblar və ona uğurlar diləyiblər.

Tarix
2020.01.17 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

MKİ Xameneinin qaçış planını buna görə yayıb

Prezident yerli televiziya kanallarına müsahibə verdi

Yanacaq qiyməti qalxdı: marşrut və taksi bahalaşa bilərmi?

ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunları...

Ali təhsili olmayan yəhudi prezident – Maduro kimdir?

Maduronun həbsi bazarları “oynadacaq” - Bakıya təsir edəcək

Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür...

Maduronu ən yaxın adamı satıb - Məxfi sövdələşmə

Zakir Həsənov Markveyn Mallinlə görüşdü

Hikmət Hacıyevin bu sözü erməni politoloqu isterikaya saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla