Yuxarı

Kirayə mənzillər 1850-dən 411 manata necə düşdü? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə mənzillər 1850-dən 411 manata necə düşdü? – Rəsmi

İpoteka və Kredit Zəmanət Fondunun ötən gün açıqladığı rəqəmlər mənzilin bir kvadratmetrinin qiyməti deyil, aylıq kirayə ödənişin miqdarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında İpoteka və Kredit Zəmanət Fondunun mətbuat katibi Yeganə Ramazanova deyib. O, Bakı, Xırdalan və Sumqayıt üçün müəyyən edilmiş qiymətlərin başlanğıc qiymət olduğunu bildirib:

“Yəni Bakıda minimum aylıq ödəniş 411, Xırdalanda 333, Sumqayıtda isə 297 manatdan başlayır. İndiki şərtlər belədir ki, vətəndaş bir illik kirayə pulunu əıvvəldən ödəyir. Daha sonra da aylıq kirayə ödənişi etməklə illər ərzində ev sahibi olur. Kirayə mənzil müqaviləsinin müddəti minimum 3, maksimum 25 ildir. Ödəniş müqaviləsinin müddəti vətəndaşın istəyindən asılı olaraq dəyişir. Mənzillərin kirayə qiyməti kirayə müqaviləsinin müddətindən, yerləşmə ərazilərindən və kvadratmetrindən, o cümlədən otaqların sayından asılı olaraq fərqlidir”.

Y.Ramazanova bundan əvvəl yayılan qiymətlərlə ötən gün açıqlanan rəqəmlər arasındakı fərqin səbəbini belə izah edib:

“Mənzillərin ilkin qiymətinin hər kvadratmetr üçün təxminən 1 850 manat olmaı ilə bağlı məlumatı bir media qurumu yaymışdı və təəssüf ki, digər saytlar da bu qeyri-səhih məlumatı tirajlamışdı. Halbuki bizim təlimatda yerləşdirilən rəqəmlərin şərti olduğu qeyd edilmişdi”.

Tarix
2020.01.22 / 14:54
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

YAP-da kadr dəyişikliyi: Bu şəxslər vəzifədən uzaqlaşdırıldı

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edilir

Bakıda bələdiyyə sədri bıçaqlandı, işçisi həbs olundu

Bu gün BTQ-nin yaranmasının 3 ili tamam olur

Azərbaycan Rusiyaya nota verdi: Səfir XİN-ə çağırıldı

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla