Yuxarı

“Məsələ qısa ətəklə efirə çıxmaqda deyil…”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məsələ qısa ətəklə efirə çıxmaqda deyil…”

"Artıq 5-6 ildir ki, müğənnilər telekanallarımızın əvəzolunmaz qəhrəmanlarına çevrilib, onların çoxunun səviyyəsizliyi, ekranlardakı danışıqları, düşük və bayağı davranışları, əksəriyyətinin ikrah doğuran şəxsi həyatı və bu həyatın bəh-bəhlə ekranlarda, saytlarda və qəzet səhifələrində təbliğ olunması ciddi narahatlıq doğurur".

Axar.az xəbər verir ki, bu sözlərlə media eksperti Qulu Məhərrəmli şəxsi Feysbuk hesabında paylaşıb.

Ekspert telekanallarla bağlı verdiyi açıqlamasını xüsusilə bir müğənni və bir televiziya proqramına şamil edilməsinin düzgün olmadığını bildirib:

"Bu gün telekanallarda özünü göstərən mənfi tendensiyalardan biri kimi, müğənnilərin və teleaparıcıların ekrandakı bayağı davranışı ilə bağlı verdiyim açıqlamanın rezonans doğurması yaxşıdır. Sadəcə, bu açıqlamanın konkret bir müğənniyə, yəni Röyaya və onun iştirak etdiyi verilişə şamil olunmasını istəməzdim. Özlüyündə bu müğənninin səsini və ifa tərzini bəyənirəm, radioda ona məmnuniyyətlə qulaq asıram. ATV-nin "Gündəm"i isə populyar əyləncə proqramları hazırlamaq ənənəsi olan bu televiziyanın ən baxımlı verilişlərindəndir, struktuca formalaşıb, yaxşı mövzular tapır, çox vaxt maraqlı qonaqlar dəvət edirlər. Amma mən açıqlamadakı mövzunun miqyasca bir az geniş qavranılmasını istərdim, çünki burada bütövlükdə bizim teleməkanı uçuruma aparan, ictimai əxlaqa ziyan vuran, sözü və ekranı nüfuzdan salan bir tendensiyadan söhbət gedir".

Ekspert qeyd edib ki, medianın müğınnilərin lazımsız və səviyyəsiz hərəkətlərini tirajlaması ciddi narahatlıq doğurur:

"Məsələ heç də kiminsə qısa ətəklə efirə çıxmasında (hərçənd ki, burada da bir ölçü hissi olmalıdır), yaxud yaxasının açıq qalmasında deyil, məsələ bayağı davranışların arxasındakı niyyətdədir, mənəvi dəyərlərə hücumdadır, yeniyetmələrin dünyagörüşünə mənfi təsirdədir, ictimai-milli problemlərə biganəlikdədir. Nəticə yavaş-yavaş görünür, auditoriyanın çox hissəsi bu müğənnilərin iştirak etdiyi verilişlərə baxır, ölkənin tarixindən və mədəniyyətindən bixəbər olan gənclərin çoxu üzdəki müğənniləri özlərinə ideal seçir, çoxları danışıq və davranışlarında bu müğənniləri yamsılayırlar... Bu, hələ başlanğıcdır!"

Tarix
2015.02.17 / 11:39
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla