Yuxarı

Qadına qarşı şiddət kişilərə şiddətdən dəfələrlə azdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadına qarşı şiddət kişilərə şiddətdən dəfələrlə azdır

"Türkiyədə gənc oğlanlar 65 yaşında qadına, ya da bir eşşəyə təcavüz edir. Mən inanmıram ki, ərəb toplumlarında bu cür vəziyyət ola bilər - onlar avropalaşmaq iddiasında deyillər".

Axar.az xəbər verir ki, bu sözləri politoloq Fərhad Mehdiyev Feysbuk sosial şəbəkəsindəki hesabında bir neçə gün əvvəl Türkiyədə zorlanaraq qətlə yetirilən Özgəcan Aslan cinayətinə münasibət bildirərək yazıb.

Politoloq fikirlərinə belə davam edib: "Türkiyə Özgəcan Aslan cinayəti ilə sarsılır. Halbuki hadisəyə nə əvvəllər, nə də indi düzgün qiymət verilir. Bu səbəblə belə hadisələr Türkiyədə olub və təkrarlanacaq. Məsələn, təzəlikcə 2 yaşında bir qız uşağını zorlayıblar. Bəzi mülahizələrimi əlavə etməliyəm:

1. Qadına qarşı şiddət, əslində kişilərə qarşı olan şiddətdən dəfələrlə azdır. Statistik olaraq, bir ildə öldürülən kişilərin sayı, qadınlardan ən azı 10 dəfə çoxdur. Sadəcə olaraq, kişi həyatı ümumiyyətlə dəyərsiz olduğuna görə, bu, cəmiyyətdə rezonansa səbəb olmur.

2. Türkiyə toplumu, bir tərəfdən cinsi doyumsuzluq, ehtiras və cinsi təhrik, digər tərəfdən də cinsi savadsızlıq və dözümsüzlük, "mahalle baskısı", "namus bekçiliyi" və yarı-dindarlığın qurbanıdır. Bu baryerlər və komplekslərin nəticəsidir ki, Türkiyədə gənc oğlanlar 65 yaşında qadına, ya da bir eşşəyə təcavüz edir. Mən inanmıram ki, ərəb toplumlarında bu cür vəziyyət ola bilər - onlar avropalaşmaq iddiasında deyillər.

Bizdə də durum Türkiyədən olduqca yaxşıdır, çünki biz əxlaq məsələsində təfəkkürün qərbləşməsində Türkiyədən daha irəlidəyik, digər tərəfdən toplumumuz xeyli balacadır və hər kəs də bir-birini tanıdığına görə, bir çəkinmə mövcuddur.

Nəticə: Türkiyədə qadınlar özlərini qorumada xüsusi olaraq öyrədilməli və müvafiq vasitələr (elektroşok, gözyaşardıcı qazlar) daşımalıdır. Televizor ekranlarından, kliplərlə və qəzetlərlə də kişilərin cinsi impulslarını azdırmamalıdır; çünki Anadoluda Rusiyada, ya da Fransada olan kimi bir rahatlandırma imkanları mövcud deyildir".

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Mersin şəhərində tələbə bir qız sərnişin avtobusunun sürücüsü tərəfindən təcavüzə uğrayaraq qətlə yetirilib.

Tarix
2015.02.17 / 14:13
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

İlham Əliyev NATO nümayəndə heyətini qəbul etdi

Overçuk Şahin Mustafayevə təşəkkür etdi

Putin narahat oldu, Mişustini dərhal bu ölkəyə göndərdi

Azərbaycanın gücü Türkiyənin gücüdür - Yaşar

Mehdiyev işində gözlənilməz gediş - Ailəsinin qərarı ortaya çıxdı

Əliyevin bu sözü erməniləri təşvişə saldı: saxtakarlıq başladı - Foto

Pakistan baş naziri İlham Əliyevə məktub ünvanladı

Leyla və Arzu Əliyevalar sərgi-satış yarmarkasını ziyarət etdi

Ceyhun Bayramov Maqdalena Qrononu qəbul etdi

Hacıyev Britaniyanın dövlət naziri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla