Bir neçə gün əvvəl Amerika jurnalı "Forbes" Almaniya
Kansleri Anqela Merkeli ikinci dəfə dünyanın ən nüfuzlu qadını
adına layiq görüb.
Axar.az dünyanın ən nüfuzlu qadını barədə maraqlı məlumatları
nəzərə çatdırır.
Anqela Merkelin yaşadığı evin ünvanı belədir: 10117 Berlin, Am
Kupfergraben, 6. Onun mənzili dördüncü mərtəbədə yerləşir.
Kanslerin evinə baxmaq üçün Berlinə getmək lazım deyil, çünki onun
evinin şəkli internetdə də var.
Anqela Merkel o qədər də zəngin deyil
2012-ci ilin may ayında son 12 il müddətində Anqela Merkelin
maaşı ilk dəfə yüksəlib. Alman hökumətinin rəhbərliyində Merkel
ildə təxminən 190 min avro qazanır. Bundan əlavə, ona xidmət haqqı
üçün xüsusi ödəniş verilir. O, həmçinin, Alman Federal Məclisinin
üzvü olduğundan, ümumilikdə, il ərzində 290 min avro qazanır.
Bununla da o vergi ödəmək məcburiyyətindədir. Lakin bütün vəzifəli
şəxslər kimi Merkel təqaüd və işsizlik sığortası ödəmir. Bir sözlə,
Anqela Merkel alman standartlarına görə, o qədər də zəngin
deyil.
Xanım Merkel tətilini ən çox dağlarda keçirməyə üstünlük verir.
Vaxtaşırı olaraq Berlin yaxınlığında olan bağını da ziyarət etməyi
unutmur.
Audi A8-də gəzir, Airbus A340-da uçur
Bir çox nazirlər və federal dövlətlərin baş nazirləri "Mersedes"
və ya BMV-yə üstünlük verirlər. Angela Merkel isə Audi A8-i seçib.
Ötən il Almaniya Hökumət üzvlərinin uçduğu təyyarə dəyişdirilib.
Bundan əvvəl Airbus A310 təyyarəsində uçan kansler hazırda Airbus
A340 təyyarəsindən istifadə edir. Onu da qeyd edək ki, Merkel nə
şəxsi yaxtaya, nə də dincəlmək üçün zəngin saraylara malikdir.