Yuxarı

Putindən Vahid Ələkbərova: İşçilərə nə qədər maaş verirsən?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Vahid Ələkbərova: İşçilərə nə qədər maaş verirsən?

15:19

Tanınmış azərbaycanlı biznesmen, "Lukoyl” prezidenti Vahid Ələkbərovun Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, Vahid Ələkbərov Vladimir Putinə 2019-cu ilin yekunları, neft-qaz şirkətinin cari fəaliyyətləri haqda məlumat verib.

Rusiyanın dövlət başçısı Vahid Ələkbərova məxsus müəssisələrdə işçilərin nə qədər orta aylıq əmək haqqı aldıqları ilə maraqlanıb. “Lukoyl” prezidenti söyləyib ki, onun rəhbərlik etdiyi şirkətdə orta aylıq əmək haqqı 65 min rubldur (1700 manat) və dövlətə büdcəsinə isə ötən il 1 trilyon 300 milyard rubl vergi köçürülüb.

Tanınmış biznesmen Xəzər dənizində həyata keçirdikləri iqtisadi layihələrdən də danışıb:

"Xəzərdə iqtisadi inkişafımızı davam etdiririk. Hazırda Baltik şelfini aktiv şəkildə araşdırmağa başlamışıq. Bütün "artıqlar”ı, yarımfabrikatları birləşdirib ixrac potensialına sahib olmaq hədəfi ilə yekun məhsul yaratmaq üçün mövcud müəssisələrimizdə qaz və neft-kimya sahəsinin inkişafına dair yeni proqram hazırlamışıq”.

Rusiya Prezidenti 2019-cu ildə Soçidə keçirilən sammitdə Afrika dövlətləri ilə əldə edilən razılaşmanın əhəmiyyətinə toxunaraq bildirib ki, hazırda Rusiya Qərbi Afrika ölkələri ilə olduqca sıx əlaqələr qurub və daha dörd Afrika ölkəsi birgə işləmək haqda təkliflə çıxış edib.

Vahid Ələkbərov bu fikirlə razılaşaraq əlavə edib ki, Konqo, Qana və Kamerundan onlara birgə iş qurmaq təklif olunur.

Tanınmış biznesmen Rusiya prezidentini Qərbi Sibirdə salınan yeni sənayə şəhərlərinə baş çəkməyə dəvət edərək, böyük şirkətlərin regional hakimiyyət orqanları ilə münasibətlərinin necə tənzimlədiyi ilə yerində tanış olmağı təklif edib. Vladimir Putin dəvəti qəbul edib.

Tarix
2020.01.28 / 21:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla