Yuxarı

Nazirdən mobil telefon istifadəçilərinə - Şad xəbər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazirdən mobil telefon istifadəçilərinə - Şad xəbər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanın mobil operatorları arasında operatorlararası bağlantılara görə tariflərin azaldılması məsələsinə baxır.

Trend xəbər verir ki, bu barədə Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bildirib.

Söhbət qiyməti dövlət tərəfindən 0,02 manat həcmində müəyyənləşdirilən operatorlararası qoşulmadan (interkonnekt) gedir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha əvvəl bərabər inkişaf şəraiti yaratmaq üçün operatorlararası qoşulmalara görə tariflərin unifikasiyası barədə operatorları xəbərdar etmişdi. Opetarorlar arasında belə qoşulmaya (danışığın başa çatan dəqiqəsinin qiyməti) görə tarif 0,05 manatdan 0,02 manatadək endirilib.

Qoşulma tarifi bir operatorun digərinə şəbəkəsinə daxil olmayan abonentin 1 dəqiqə danışığına görə ödədiyi məbləği müəyyənləşdirir.

Nazir bildirib ki, mobil rabitə bazarında tətbiq edilən operatorlararası qoşulmaların asimetrik məbləği Azerfonun qismində üçüncü operatorla bağlıdır.

Onun sözlərinə görə, hazırda əsas vəzifə vahid tarif tətbiq etmək üçün operatorlararası qoşulmaların qiymətinin endirilməsidir.

Əli Abbasovun daha əvvəl bildirdiyi kimi, Azərbaycanın mobil operatorları arasında qoşulma tariflərinin unifikasiyası respublikada mobil rabitə bazarında rəqabəti balanslaşdırmağa və bununla da sonuncu istifadəçilər üçün mobil rabitə xidmətlərinin tariflərini azaltmağa imkan verəcək.

Azərbaycan bazarında 3 mobil rabitə operatoru fəaliyyət göstərir: "Bakcell", "Azercell Telecom" və "Azerfon" ("Nar Mobile" ticarət nişanı).

Tarix
2015.02.18 / 13:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan infrastrukturundan istifadə etmək... - Paşinyan

95%-lə qələbə: Trampa qarşı “mavi sunami” olacaq!

Cekson-Venik düzəlişi Azərbaycanın üzərindən qaldırıla bilər

Bəlkə də yaxın 10-20 ildə bir də bu tarixi yaşamayacağıq…

Britaniya səfirindən "Qarabağ"la bağlı paylaşım: Qürurvericidir

AB və Azərbaycan arasında mühüm müzakirə

Bakı bu ölkənin vətəndaşları üçün vizasız rejim təklif etdi

Vəkillər Kollegiyasından bu şəxslərə xəbərdarlıq

Azərbaycanlıları öldürən rus polislər mükafatlandırıldı

İlham Əliyevin orada yer alması təsadüfi deyil - Aksoy

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla