Yuxarı

Zahid Oruc ad gününü belə qeyd etdi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zahid Oruc ad gününü belə qeyd etdi – Foto

94 saylı seçki dairəsindən deputatlığa namizəd Zahid Oruc ad günündə bir sıra maraqlı addımlar atıb.

Axar.az xəbər verir ki, əvvəlcə o, 2 Fevral - Gənclər Günü ilə bağlı ölkənin ictimai-siyasi həyatında önəmli rol oynayan Bərdə gəncləri ilə görüş keçirib.

Gənclərlə görüş xüsusi maraq kəsb edib, onlar müxtəlif məsələlərlə bağlı fikir bildiriblər.

Ayrı-ayrı məsələlər qaldırıb ki, onların da sırasında iş yerlərinin açılması, aşağı faizli kreditlərin verilməsi, ötən illərdən banklardan miras qalan kredit problemi, kiçik biznesə yaradılan süni əngəllər, infrastruktur məsələləri, əsasən də telekommunikasiya sahəsindəki çatışmazlıqlar gündəmə gətirilib.

Bu görüşdən sonra Z.Oruc Gənclər Günü dünyaya gələn üç körpəni ziyarət edib.

Onların valideynlərinə uğurlar arzılayıb, xeyir-dua verib.

Valideynlər də onların həyatı üçün əlamətdar bir gündə namizədin ziyarətindən məmnun olduqlarını bildirib, ona təşəkkür ediblər.

Daha sonra isə Zahid Oruc Nazırlı kəndində el ağsaqqalı, 8 övladı, 30 nəvəsi olan Ağası Göyüşovun ailəsini ziyarət edib.

A.Göyüşov SSRİ dövründə uzun illər briqadir işləyib, çoxuşaqlı ailənin başçısı kimi övladlarının ev-eşik qurmasına, böyük əksəriyyətinin ali təhsil almasına nail olub.

O, Zahid Oruca ad günündə onları ziyarət etdiyi üçün minnətdarlıq ifadə edib, ölkədəki seçki prosesi barədə danışıb və bildirib ki, Zahid Orucu uzun illərdir tanıyır, onun Bərdə üçün illərdir etdiyi xidməti unutmayıblar və seçkilərdə ona səs verəcəklər.

Qeyd edək ki, deputatlığa namizədin görüşləri davam etdirilir.

Tarix
2020.02.02 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya üçün döyüşən daha bir azərbaycanlı öldü - Foto

İran çalxalanır: əgər parçalansa, azərbaycanlılar...

İlham Əliyev sabiq prezidentə başsağlığı verdi

Hacıyevdən sülh açıqlaması: Konqresdə bəziləri...

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla