Yuxarı

Azər Həsrət İstanbulda "əsir" düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azər Həsrət İstanbulda "əsir" düşdü

Praqada keçiriləcək "Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi"nin təsis edilməsi ilə bağlı tədbirdə iştirak etmək üçün İstanbula yola düşən Azərbaycanın bir qrup qeyri-hökumət təşkilatı (QHT) rəhbərləri və media nümayəndələrinin Çexiyaya səfəri baş tutmayıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, hazırda həmin şəxslərin bir neçəsi 2 gündür İstanbul hava limanında Praqa reysini gözləyir. Təyyarə reysini gözləyənlər arasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri, tanınmış jurnalist Azər Həsrət də var.

Praqaya səfərindən vaz keçdiyini söyləyən A.Həsrət qeyd edib ki, buna səbəb gözlədikləri təyyarə reysinin təxirə salınmasıdır: "Artıq 2-ci gündür ki, İstanbul əsarətimiz davam edir. Dünən səhər saat 5-də Bakıdan İstanbula gəldik. Buradan da Praqaya uçacaqdıq. Amma İstanbuldakı güclü qar səbəbindən Atatürk Hava Limanı ümumiyyətlə fəaliyyətini dayandırıb. Demək olar ki, bütün reyslər təxirə salınıb, on minlərlə insan gecəni hava limanında keçirib. Biz isə şanslılar sırasında olduğumuz üçün otelə yerləşdirilmişik. Təbii ki, durum belə olduğu üçün artıq Praqa səfərimizdən imtina etməli olmuşuq. İlk fürsətdə Bakıya uçmağı düşünürük. Bax, o fürsət nə vaxt mümkün olacaq, bunu bilmirik. Biz Çexiyaya Praqa Vətəndaş Cəmiyyəti Mərkəzinin təsis edilməsi üçün gedirdik. Burada əsasən keçmiş SSRİ ölkələrindən QHT təmsilçiləri toplaşacaq. Mən gedə bilmədim..."

Tarix
2015.02.19 / 14:11
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla