Yuxarı

ABŞ Türküstanı Rusiyadan qoparır: Çinlə savaş üçün...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Türküstanı Rusiyadan qoparır: Çinlə savaş üçün...

Rusiya Qazaxıstandakı təsirini itirir. Bunu ABŞ Dövlət katibi Mayk Pompeonun Avrasiya turnesi göstərdi. İndi keçmiş sovet respublikasının ən yaxşı dostu ABŞ-dır və Moskva Vaşinqtona Qazaxıstandakı investisiyalarının səviyyəsinə görə kəskin şəkildə uduzur.

Axar.az xəbər verir ki, bu iddia ilə “Gazeta.ru” saytında məqalə dərc olunub.

Məqalədə Pompeonun Belarus, Özbəkistan və Qazaxıstana ardıcıl səfərlərinə diqqət çəkilib:

“2005-2018-ci illərdə Qazaxıstana yatırılan investisiyaların həcminə görə ilk üçlükdə Niderland (80 milyard dollar), ABŞ (33,7 milyard dollar) və İsveçrə (30 milyard dollar) qərarlaşıb. Reytinqdə növbəti yerləri Britaniya, Fransa və Belçika tutub. Ölkə iqtisadiyyatına son 26 ildə 121 ölkədən investisiya yatırılıb.

Qazaxıstanda öz biznesini inkişaf etdirməkdə maraqlı olan investorların ilk beşliyində Rusiya yoxdur. Son illər Çin Qazaxıstanın nüfuzlu xarici ticarət tərəfdaşına çevrilir. Çin 2005-2019-cu illərdə Qazaxıstan iqtisadiyyatına 26 milyard dollar yatırıb. 2005-2018-ci illərdə Rusiyanın Qazaxıstan iqtisadiyyatına investisiyası isə cəmi 14 milyard dollar olub.

Keçən ilin noyabrında Omskda Vladimir Putin Qazaxıstanın ən yaxın tərəfdaşının Rusiya olduğunu dedi. Bununla belə Omskda imzalanan müqavilənin həcmi cəmi 40 milyon dollar təşkil edirdi. Yəni Rusiya ən yaxın tərəfdaşı ilə əməkdaşlığını yaxın zamanlarda milyardlarla yox, milyonlarla gücləndirməyə hazırlaşır”.

Sayta açıqlama verən rusiyalı ekspert Qazaxıstana hazırda yüksək texnologiyaların gərəkli olduğunu və bunu onun üçün Rusiyanın təmin edə bilməyəcəyini söyləyib:

“Qazaxıstanda Rusiyanın “Lukoyl”, “Rosatom”, KAMAZ şirkətləri kifayət qədər aktivdir. Aydındır ki, Rusiya şirkətlərinin investisiya imkanları ABŞ-la müqayisədə daha azdır”.

Tarix
2020.02.04 / 12:31
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezident İranın hücumunu terror aktı adlandırdı

İranın hücumu: İlham Əliyev təcili iclas keçirdi

İranın Naxçıvan hücumu nə vaxt hazırlanıb? - Detallar

Azərbaycana hücumu onlar edib - İran ordusu

Naxçıvana hücumla bağlı cinayət işi açıldı

İranın Naxçıvana hücumuna Britaniyadan reaksiya

“Araş”la Naxçıvanı dağıtdıq: bu, xəbərdarlıq idi - SEPAH

İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”

Naxçıvana dron hücumu ilə bağlı İrandan ilk açıqlama

İran Naxçıvanı vurdu: İsraildən sərt reaksiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla