Yuxarı

İlkinin polis qohumu Murad saxlanıldı? – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlkinin polis qohumu Murad saxlanıldı? – Video

12:43

İlkin Süleymanovun əmisi oğlu, polis əməkdaşı Murad Süleymanov polis nəzarətindədir.

Bu barədə Axar.az-a Murad Süleymanovun Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan yaxınları bildirib. Onlar iddia ediblər ki, M.Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi barədə söylədiyi iddialara görə polis tərəfindən nəzarətə götürülüb.

Məsələ ilə bağlı saytımızın sorğusuna cavab olaraq DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, Murad Süleymanovun nəzarətə götürülməsi və ya saxlanılması barədə yayılan xəbərlər əsassızdır:

“Murad Süleymanovun nəzarətə götürülməsi, saxlanılması əsassız iddiadır. Hazırda o, Tovuzda deyil, telefon nömrəsinə də zəng çatmır”.

Eşqin Qasımov M.Süleymanovun işdən azad edilmək üçün ərizə yazmadığını da qeyd edib:

“Açıqlama vermişdi ki, işdən azad edilməsi ilə bağlı ərizə yazıb. Amma Murad Süleymanovun Tovuz Rayon Polis Şöbəsində rəsmi ərizəsi yoxdur. Hazırda polis əməkdaşı vəzifəsindən azad edilməyib”.

Qeyd edək ki, Murad Süleymanov Nərmin Quliyevanın qətli ilə əlaqədar keçirilən istintaq prosesi zamanı əmisi oğlu, qətldə şübhəli bilinərək saxlanılan İlkinin evində icazəsiz axtarış aparılması, polis yoldaşlarının ona hörmətsizlik etməsi və İlkinin şərlənərək həbs edildiyi, hətta özünün də şərlənmə ilə üz-üzə qalması barədə iddialar səsləndirmiş və buna görə də xidmətdən azad olunmaq üçün ərizə ilə müraciət etdiyini bildirmişdi.

Tarix
2020.02.04 / 15:51
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Azərbaycanda 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

BTQ bu sənədi sərt şəkildə pislədi

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla