Yuxarı

“Naxış xala dedi ki, ağlama, Vahidi danlayaram”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Naxış xala dedi ki, ağlama, Vahidi danlayaram”

Naxış xala hamımızı müdafiə etməyi bacarırdı.

Axar.az xəbər verir ki, bunu öz Feysbuk profilində ANS kanalının aparıcı-jurnalisti Aytən Səfərova Milli Qəhrəman Çingiz Mustafayev, ANS Şirkətlər Qrupunun rəhbərləri Vahid və Seyfulla Mustafayevlərin anası Naxış xanımın dünyasının dəyişməsi ilə bağlı yazıb.

O, Naxış xanımla bağlı xatirəsini paylaşaraq onun çox güclü qadın olduğunu qeyd edib:

"Azərbaycanın və ANS-in xeyir-şərində, bayramlarında və hüznlü günlərində Naxış xala həmişə bizimlə idi. Şirkətə gəlib hamımıza baş çəkirdi… Bir dəfə, yadımdadır, Vahid müəllim məni iclasda çox pis danlamışdı, ağlayırdım. Naxış xalaya zəng eləyib şikayət etdim. Dedi "ağlama, onu mən danlayaram ki, niyə işdə uşaqları incidir". Özümün də onda 19 yaşım var idi. Anladım ki, insan hansı vəzifədə olursa-olsun, onun həmişə tabe olduğu, sözünə qulaq asdığı, haradasa çəkindiyi və sonsuzadək ehtiramla yanaşdığı anası var. Bizim isə Naxış xala qismində müdafiəçimiz!!! Naxış xala hamımızı müdafiə etməyi bacarırdı. Şirkətə gələndə hamımızı soruşardı ki, bəs, "filankəs haradadır, niyə görünmür", "filankəsin efirdə niyə səsi tutuldu, bəlkə xəstədir" və sair. Çox güclü qadın idi... Çox pisəm… Söz tapa bilmirəm, qəhər boğur... Çingizin yanındadır".

Qeyd edək ki, Naxış xanım dünən dünyasını dəyişib.

Tarix
2015.02.20 / 11:48
Müəllif
Ülkər Cəfərova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla