Yuxarı

Yol polisindən sürücülərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yol polisindən sürücülərə xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi fevralın 21-dən başlayaraq hava şəraitinin soyuq keçəcəyi, sulu qar və qar yağacağı ilə bağlı sürücülərə müraciət edib.

İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov Report-a açıqlamasında bildirib ki, belə hava şəraitində sürücülərə şəxsi avtomobillərdən deyil, ictimai nəqliyyat vasitələrindən istifadə etmələri tövsiyə olunur: "Sürücülər sükan arxasında əyləşən zaman avtomobillərin texniki vəziyyətinin saz olmasına, nəqliyyat vasitələrinin şinlərinin mövsümə uyğun olmasına diqqət etməlidilər. Həmçinin belə hava şəraitlərində sürücülər piyadaların da hərəkətinə normal şərait yaratmalıdılar. Qarlı, şaxtalı havalarda sükan arxasında avtomobil idarə etməkdə təcrübəsi olan sürücülər əyləşməlidir".

Qeyd edək ki, fevralın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq keçəcəyi, güclü külək əsəcəyi, fasilələrlə yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, fevralın 23-dək ölkə ərazisində güclü küləkli, soyuq, fasilələrlə yağıntılı, qarlı hava şəraitinin davam edəcəyi gözlənilir. Bəzi yerlərdə çovğun olacağı ehtimalı var.

Yollar buz bağlayacaq.

Tarix
2015.02.20 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Azərbaycana sevgisi ürəkdən gəlir, bu da... - AKP

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla