Yuxarı

Dələduzun polisi aldatması ilə bağlı şok olaya rəsmi – Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dələduzun polisi aldatması ilə bağlı şok olaya rəsmi – Reaksiya

"Bəhlul Xəlilovun dələduzluq yolu ilə pulunu mənimsədiyi bildirilən Azad Məmmədlinin ölmədiyi və sağ olduğu barədə zərərçəkənin ehtimallarının heç bir əsası yoxdur".

Bu sözlər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq şöbəsindən Axar.az-a verilən rəsmi cavabda əksini tapıb. İstintaq şöbəsindən bildirilib ki, zərərçəkənin ehtimalına görə bütün araşdırma yenidən təkrarlanıb:

"Heç bir kəs rəsmi sənədləri bu qədər saxtalaşdırmaqla istintaqı yanılda bilməz. Buna baxmayaraq, zərərçəkən Bəhlul Xəlilovun iddiasına uyğun olaraq bir daha araşdırılma aparıldı və təkzibolunmaz faktlarla növbəti dəfə təsdiqləndi ki, Azad Əliqulu oğlu Məmmədli 2010-cu ilin avqustunda nəfəs çatışmazlığından dünyasını dəyişib. Öz ehtimalının səbəbini və haradan qaynaqlandığını təkrarlaması üçün B.Xəlilov da idarəyə dəvət edildi. Ancaq Bəhlul Xəlilov bu barədə yalnız təxmin etdiyini, Azad Məmmədlinin sağ olduğu haqda heç bir bilgiyə sahib olmadığını dedi".

Təqsirləndirilən şəxsin ölüm sənədinin də əksini tapdığı cavabda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq şöbəsi zərərçəkənin bütün vəsatətlərinin təmin edildiyini, işin Baş Prokurorluğun nəzarəti ilə təkrar araşdırıldığını və "dələduzluq ittihamı ilə bir neçə dəfə məhkumluq həyatı yaşamış 1960-cı il təvəllüdlü Azad Əliqulu oğlu Məmmədlinin" ölməsi səbəbindən araşdırmanın dayandırıldığını açıqlayıb.

Xatırladaq ki, Bəhlul Xəlilov dostları olan Faiq və onun atası Böyükağa Şükürov vasitəsi ilə Azad Əliqulu oğlu Məmmədli adlı şəxsə 30 min manat pul verdiyini, ancaq aldadıldığını bildirmişdi. Onun iddiasına görə, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan araşdırma ona görə nəticəsiz qalıb ki, dələduz unikal fırıldaqdan istifadə edərək, polisi aldatmağı bacarıb:

"Bu şəxslər Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə Azad Məmmədlinin öldüyünü təsdiqləyən sənəd təqdim ediblər. Biz də inandıq. Bu yaxınlarda isə təsadüfən Azad Məmmədlinin sağ-salamat olduğunu, Yasamal rayonunda qeydiyyatdan çıxaraq, Sumqayıta qeydiyyata düşdüyünü və burada yaşadığını öyrəndim".

Tarix
2015.02.20 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən hərbi paradla bağlı paylaşım - Video

Rusiyaya nota verdik, dedik ki, mandat tam ləğv olunur

Azərbaycanda Dövlət Bayrağı Günüdür

İntensiv danışıqlar oldu, Rusiyanı qane etmədi - Bayramov

Türkiyə MN Bakıdakı paraddan bu videonu yaydı

Cənab Prezident, xanımımın sizə salamı var... - Video

Azərbaycan bayrağı Nyu York səmasında!

Abdulla Qurbani hərbi parada niyə aparıcılıq etməyib?

Zəfər paradında hansı ölkələrin rəsmiləri iştirak edib?

Xankəndidə atəşfəşanlıq oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla