Yuxarı

“Məhsul” stadionunda nə tikilir? – Direktor açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Məhsul” stadionunda nə tikilir? – Direktor açıqladı

Məlum olduğu kimi, Yasamal rayonunda yerləşən və “Məhsul” stadionu kimi tanınan İdman-Sağlamlıq Kompleksi ötən ilin sentyabrından təmirə bağlanıb.

Axar.az xəbər verir ki, kompleksdə aparılan təmirlə əlaqədar görülən qazıntı işləri sakinləri narahat etmiş və stadionun yerində bina tikintisi aparılacağı düşüncəsi yaratmışdı. Məsələ ictimailəşəndən sonra Yasamal Rayon İcra Hakimiyyətindən stadionda aparılan qazıntının təmirlə əlaqədar olduğu bildirdilər.

Lakin bir çoxlarını hələ də stadionun tikintidən sonrakı vəziyyəti maraqlandırır.

Bununla bağlı saytımıza danışan İdman-Sağlamlıq Kompleksinin direktoru Alik Həsənov bildirib ki, stadion 1982-ci ildən sonra ilk dəfədir təmir edilir:

“Məhsul” stadionunda ancaq təmir işləri aparılır. Təmir işləri zamanı qazıntının da aparılması olduqca normaldır. Bu stadion 1982-ci ildə istifadəyə verilib. İstifadəyə verilən gündən indiyə qədər heç vaxt əsaslı təmir edilməyib. Bununla əlaqədar stadion əsaslı şəkildə idman kompleksi kimi təmir edilərək əhalinin və idmançıların istifadəsinə veriləcək. Hələlik işlərin nə vaxt yekunlaşacağı ilə bağlı nəsə demək tezdir. Təmir işləri üçün sənədlər hazırlanır, müəyyən eskizlər var ki, onlara baxılır. Biz bir neçə eskiz təqdim etmişik. Onlardan biri seçiləcək”.

Direktor stadionun təmirdən sonrakı durumu ilə bağlı da danışıb:

“Hazırda təsdiqlənən eskiz yoxdur deyə, konkret söz demək çətindir. Ümumi olaraq isə onu deyim ki, əsas meydança və qaçış zolaqları tam yenilənəcək, tribunalar təmir olunacaq. Stadion tamamilə yeni görkəm alacaq. İdman etmək üçün hər cür şərait yaradılacaq”.

Tarix
2020.02.11 / 14:19
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla