Yuxarı

Azərbaycan bu məhsulun idxalını dayandırır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu məhsulun idxalını dayandırır?

Azərbaycan daxili və xarici bazarı təmin edəcək qədər kartof istehsal etməyə qadirdir.

Axar.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib.

Onun sözlərinə görə, bu sahədə bəzi problemlər aradan qaldırılandan sonra Azərbaycan xaricdən kartof idxal etməyi dayandıracaq:

"Bu gün Azərbaycanda kartof istehsalı həm daxili, həm də xarici tələbatı ödəmək iqtidarındadır. Bu gün kifayət qədər də kartof istehsal edilir. Lakin sahibkarların bir problemi var. Fermerlər istehsal etdikləri məhsulu saxlamaq üçün anbarlar tapmırlar. Bu da kartofun qış aylarına saxlanmasına mane olur. Saxlanc yerləri olmadığından sahibkarlar məhsulu dərhal bazara çıxarır, dəyər-dəyməzinə satırlar. Qış aylarında da Azərbaycan xaricdən kartof almağa başlayır. Hazırda bu problemlərin həlli istiqamətində tədbirlər görülür. Artıq bölgələrdə bir neçə sahibkar bu problemi həll edib. Bölgələrdə sahibkarlar xüsusi anbarlar tikiblər ki, bu anbarlar kartofun saxlanmasına, sağlam qalmasına şərait yaradır. Bu problem tam həllini tapandan sonra Azərbaycan xaricdən kartof idxalını dayandıracaq. Yəni ölkədə istehsal edilən kartof həm daxili, həm də xarici bazara çıxarmağa kifayət edəcək".

Tarix
2020.02.14 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

Keçmiş deputat vəzifədən azad edilib?

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla