Yuxarı

Azərbaycanda Məclis davası qızışır - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Məclis davası qızışır - Açıqlama

Güney Azərbaycanda məskunlaşmış kürd etnik azlığı İran-İraq savaşı zamanı buraya gəlib.

Axar.az xəbər verir ki, bu sözləri Dirəniş Təşkilatının sözçüsü Babək Çələbianlı Güney Azərbaycanda yaşayan kürdlərlə bağlı AN.T-yə danışarkən deyib. O, bəzi kürdlərin ərazi iddialarının əsassızlığından söhbət açaraq, bu durumun qəbuledilməz olduğunu vurğulayıb:

“İran qəzetlərində yazılıb ki, həmin vaxtlarda ölkəyə 70 min miqrant qəbul edilib. Evlərimizi, qapılarımızı onların üzünə açmışıq. İndi, yəni 20-30 il sonra gəlib torpaqlarımıza iddia edirlərsə, nəyəsə nail ola bilməzlər. Belə bir iddiada olan insanlarla azərbaycanlılar olaraq savaşmağa hazırıq. Bir santimetr belə torpağımızı heç kimə güzəştə getmərik. Onlar düşünməsin ki, bura Suriyadır, Kərkükdür, Qamışlıdır və meydanda at oynada bilərlər. Quzey İraqda türkmanlar azlıq təşkil edir. Onların ümumi sayı 1-2 milyon olar. Qamışlıda da türkmanlar 200-300 min təşkil edir. Güney Azərbaycanda isə 35 milyonluq böyük bir nüfuzumuz var. Tarixdə onlarla dövlət qurmuşuq, imperiyalarımız olub. Bu, insanlara özgüvən verir ki, keçmişdə bu dövlətləri qurmuş, bölgəni idarə etmişiksə, demək, yenidən dövlət qurmağa gücümüz var”.

Qeyd edək ki, Qərbi Azərbaycanda, xüsusilə Sulduz, Urmiya bölgəsində azərbaycanlı və qeyri-azərbaycanlılar (kürd) arasında ərazi iddiası ilə bağlı mübahisələr yaşanır. Bu toqquşmalar xüsusilə bələdiyyə seçkiləri zamanı daha da qüvvətlənir. Azərbaycanlılar bölgənin türklərə məxsus olduğunun məclisdə dəstəklənməsi üçün özlərindən birinin seçilməsini istəyiblər. Bölgədə çoxluq təşkil edən azərbaycanlılardan seçkilərdə daha çox şəxs namizədliyi irəli sürüb. Kürdlər isə əksinə, daha az namizədlə çıxış edirlər. Azərbaycanlı namizədlərin çoxluğu səbəbindən səslərin parçalanması bəzən kürd namizədin qələbəsilə nəticələnir.

Tarix
2020.02.19 / 17:27
Müəllif
Aytac Araz
Digər xəbərlər

Azərbaycan hərbçiləri Kəlbəcərdə minaya düşdülər

Dünya mediası İlham Əliyevin bu çıxışından yazır

Ermənistanda revanşistlər hakimiyyətə gəlsə... - Deputat

Rusiya üçün döyüşən 8 azərbaycanlı öldü - Foto

Paşinyan təsdiqlədi: Delimitasiya belə aparılacaq...

İranın Trampın “qəbuledilməz” dediyi təklifləri

Nərgiz Məhəmmədi azadlığa buraxıldı

Simonyandan Qarabağ açıqlaması: Bu, bizim üçün tələ idi!

Prezidentin Ona göstərdiyi böyük ehtiram... - Video

Mehriban Əliyeva Zəngilandan görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla