Yuxarı

Bakıda sığınacaq bağlanır: itlər pulsuz paylanır – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sığınacaq bağlanır: itlər pulsuz paylanır – Foto

Bakıda 10 ildir fəaliyyət göstərən "AARC VetClinic Azərbaycan" heyvanları qoruma mərkəzinin nəzdində fəaliyyət göstərən sığınacaq sponsorun maliyyələşdirməni dayandırması ilə əlaqədar bağlanmaq məcburiyyətində qalıb.

Bu barədə Axar.az-a açıqlamasında mərkəzin direktoru Hədiyyə Rövşənzamir danışıb.

“Biz uzun müddət küçə itləri və pişiklərini öz hesabımıza müalicə edib saxlamışıq. İnsanlar hətta cins heyvanları belə yanımıza gətirirdilər. İndi heyvanlar üçün yaratdığımız bu mərkəz bağlanmaq məcburiyyətindədir. Biz demək olar ki, bütün strukturlara müraciət etmişik, amma... Artıq sığınacağı saxlamaq imkanına malik deyilik. Burada 35 əməkdaş fəaliyyət göstərir və böyük ərazisi var. Heyvanlara yem almaq üçün borc götürmüşük. Sonda isə buranı bağlamaq barədə qərar qəbul etdik. Heç vaxt bizim üçün belə ağır olmamışdı. Çox xahiş edirik, kimin imkanı var, heç olmasa, bir heyvanımızı götürsün. Onlar hamısı ciddi həkim nəzarətində olublar, heç bir xəstəlikləri yoxdur”, - Hədiyyə Rövşənzamir deyib.

Qeyd edək ki, mərkəzdə it və pişiklərin yaşaması, reablitasiyası üçün ən müasir standartlara uyğun şərait yaradılıb.

"AARC VetClinic Azərbaycan" klinika olaraq fəaliyyətini davam etdirir.

Tarix
2020.02.19 / 18:12
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla