Yuxarı

Ölüm faktına görə həkimlərə hansı cəza verilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölüm faktına görə həkimlərə hansı cəza verilir?

Xəstəxanada ölüm faktına görə həkim və tibbi personalın günahı sübuta yetirildiyi təqdirdə onlar tutduqları vəzifədən kənarlaşdırılırlar.

Axar.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Yeni Azərbaycan Partiyasında keçirilən brifinqdə deyib.

O bildirib ki, əgər tibb müəssisələrində ölüm faktı baş verirsə, aidiyyəti qurum bunu dərhal araşdırmağa başlayır:

"Bu həm də qeydə alınan ölüm faktının ağırlıq dərəcəsindən asılıdır. Bu halda həmin şəxs tutduğu vəzifəsindən uzaqlaşdırıla bilər. Zəruri iddiaları əsaslandıracaq sənədlər, faktlar varsa, toplanılır və araşdırılması üçün hüquq-mühafizə orqanlara təqdim edilir. Artıq məhkəmə-tibbi ekspertiza, Səhiyyə Nazirliyinin komissiyaları məsələyə müdaxilə edir".

Sədr deyib ki, araşdırmanın yekun nəticələrinə uyğun olaraq qərar verilir:

"Hüquq-mühafizə orqanları da yekun nəticə əsasında müvafiq cəza tədbiri seçir. Nəticədən asılı olaraq tibbi personal və həkim müəyyən cəzaya və ya müəyyən məbləğdə cərimə məsuliyyətinə cəlb olunur. Agentliyin işi bu kimi hadisələrin düzgün araşdırılması üçün zəruri faktları hüquq-mühafizə orqanlarına təqdim etməkdir”.

Tarix
2020.02.20 / 15:17
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla