Yuxarı

MTRŞ-nin səlahiyyətləri artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MTRŞ-nin səlahiyyətləri artırıldı

Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılır.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklərdə əksini tapıb.

Dəyişikliklər Azərbaycan Milli Televiziya və Radio Şurasının səlahiyyətlərinin artırılması nəzərdə tutulur.

Belə ki, Qanunun 16.11-ci maddəsində "məhkəmə qarşısında iddia qaldıra bilər" sözləri "teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət edir" sözləri ilə əvəz edilir.

Mövcud qanunvericiliyə əsasən, məhkəməyə müraciət daha çox olurdu, lakin indi təklif olunan varianta əsasən, məhkəmə qarşısında iddia qaldırmaq məsələsi çıxarılır, teleradio yayımı sahəsində müvafiq dövlət orqanına müraciət olunur.

Yəni mövcud qanunvericiliyə görə, teleradio yayımçısı istifadə haqqını müəyyənləşdirilmiş müddətdə ödəyə bilmirdisə, onda müvafiq icra hakimiyyəti orqanı xüsusi razılığın qüvvəsini istifadə haqqı ödənilənə qədər dayandırılması barədə məhkəmə qarşısında iddia qaldıra bilirdi. İndi dəyişiklikdə təklif olunur ki, məhkəmə qarşısında iddia qaldırılmasın və xüsusi razılığın qüvvəsinin istifadə haqqı ödənilənə qədər onun dayandırılması teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanı qarşısında qaldırılsın.

23.1-ci maddəyə təklif olunan dəyişikliyə görə, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsi və ya hər hansı proqramın yayımı teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə bir ayadək müddətə müvəqqəti dayandırılır. Hazırda qüvvədə olan maddəyə görə isə teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və bu qanunun tələblərini pozduqda razılığın (lisenziyanın) qüvvəsi məhkəmənin qərarı ilə bir gündən yeddi günədək müvəqqəti dayandırıla bilər.

Dəyişikliklərdə bir sıra digər məsələlərdə də teleradio yayımçılarının xüsusi razılığının ləğv edilməsi səlahiyyəti teleradio yayımı sahəsindəki müvafiq dövlət orqanına, yəni Milli Televiziya və Radio Şurasına verilir.

Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Tarix
2015.02.24 / 14:40
Müəllif
Axar.az
Digər xəbərlər

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla