Yuxarı

Həmzəyev Türkiyədə “Xocalıya ədalət həftəsi”ndə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həmzəyev Türkiyədə “Xocalıya ədalət həftəsi”ndə - Foto

Milli Məclisin deputatı Naqif Həmzəyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən Türkiyədə keçirilən “Xocalıya ədalət həftəsi”ndə iştirak edir.

Axar.az xəbər verir ki,“Xocalıya ədalət həftəsi” çərçivəsində İstanbul Aydın Universitetində baş tutan Xocalı soyqırımının 28-cı ildönümü mərasimində Azərbaycan və Türkiyədən rəsmi şəxslər, millət vəkilləri, QHT və media rəhbərləri iştirak ediblər.

Konfransda çıxış edən millət vəkili Naqif Həmzəyev Azərbaycana qarşı yürüdülən erməni təcavüzündən danışıb, Xocalı faciəsi barədə ətraflı məlumat verib. Xocalı soyqırımı zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini bildirən millət vəkili Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, o cümlədən tarixi həqiqətlərin geniş ictimaiyyətin diqqətinə çatdırılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsindəki aksiyaların böyük əhəmiyyətini xüsusi ilə qeyd edib.

Konfransda "İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı və İstanbul Aydın Universiteti prorektoru Zəfər Arslan çıxış edərək, Xocalıda yaşanan dəhşətin, soyqrımın XX əsrdə baş verən ən dəhşətli cinayət olduğunu bildiriblər. Natiqlər Xocalı soyqırımının türk dünyasının ortaq kədəri olduğunu dilə gətiriblər.

Qeyd edək ki, “Xocalıya ədalət həftəsi” çərçivəsində İstanbulun bir sıra bələdiyyə və universitetlərində Xocalı soyqırımı ilə bağlı konfranslar davam edir.

Tarix
2020.02.26 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Bakıda BMT rəsmisi ilə görüşdü

İsrail mediası yazdı: Bu qərar Azərbaycanı incidəcək!

Ermənistan işğalının arxasında Rusiyanın dəstəyi dayanırdı...

İlham Əliyev Malavi prezidentini təbrik edtdi

Trampdan İlham Əliyevə xüsusi dəvət – Təcili

Qlobal çağırışlar: Azərbaycan diplomatiyasının uğurları...

Ukraynada SOCAR-ın YDM-i belə vuruldu – Anbaan video

Azərbaycan İsraildəki səfirini geri çağırdı - Təcili

Zimbabve parlamentinin spikeri Azərbaycana gəldi

Uşağın polis helikopterinə "salamı": mükafat aldı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla