Yuxarı

Şıx çimərliyində dənizə nə tökülür? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şıx çimərliyində dənizə nə tökülür? - Video

Sosial şəbəkələrdə Şıx çimərliyində dənizə iri diametrli boru vasitəsilə çirkab suyuna bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən paylaşılıb.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev Axar.az-a açıqlamasında bildirib ki, bu, yeni video deyil.

“Məlumat əməkdaşlarımız tərəfindən operativ şəkildə araşdırılmışdır. Araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıx çimərliyinə və ətraf ərazilərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sözügedən ərazidə gəmilərin yanalması məqsədilə müvafiq işlər aparılır.

Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dib hissəsində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə əraziyə ötürülür.

Yəni sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntı əslində çirkab su deyil, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur”, - o qeyd edib.

Tarix
2026.07.06 / 14:44
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla