Yuxarı

Mehriban Əliyevadan Dilarə Bəhmənova ilə bağlı - Tapşırıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehriban Əliyevadan Dilarə Bəhmənova ilə bağlı - Tapşırıq

Bir neçə gün əvvəl Yasamal rayonunda keçmiş əri tərəfindən 16 bıçaq zərbəsi vurulan Dilarə Bəhmənovanın müalicəsi ilə bağlı məsələlər Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fondun dəstəyi ilə həyata keçirilir.

Publika.az xəbər verir ki, D.Bəhmənovanın anası Elmira Zeynalova bildirib ki, təxminən bir həftə əvvəl Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ona zəng edərək qızının səhhəti ilə maraqlanıb:

“Anar müəllim dedi ki, Mehriban xanım qızım Dilarənin başına gələn hadisə barədə məlumatlıdır və onun müalicəsi üçün lazım olan bütün tədbirlərin görülməsini tapşırıb. Ondan sonra hər gün bir neçə yüksək ixtisaslı həkimlər Dilarənin müalicə aldığı xəstəxanaya gəlib baş çəkirlər. Həkimlər onu müayinə edib, müalicənin növbəti addımlarını qərarlaşdırırlar. Dilarə ilk olaraq “Semaşko”da əməliyyat edilmişdi, amma həkimlər yenidən əməliyyat olunmasını tövsiyə etdi. Bütün bunlara görə Mehriban xanıma təşəkkür edirəm. O da anadır, onun da iki qızı var, məni başa düşüb. Biz onlara çox minnətdarıq. Müalicə ilə bağlı xərcləri Heydər Əliyev Fondu öz üzərinə götürüb və bu, bizim ailə üçün böyük dəstəkdir”.

Qeyd edək ki, hadisəni törədən şəxs tutularaq istintaqa təqdim edilib.

Tarix
2020.02.27 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidenti bu mərkəzdə Mirziyayev qarşıladı

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla