Yuxarı

Kirayə mənzillər üzrə müraciətlər 3,5 minə çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirayə mənzillər üzrə müraciətlər 3,5 minə çatdı

İpoteka və Kredit Zəmanət Fondunun (Fond) “Elektron ipoteka və kredit zəmanət” sistemində (EİKZS) kirayə mənzil modulu üzrə bugünədək 6395 vətəndaş elektron kabinet yaradıb və onlardan 4824-ü elektron müraciətinin formalaşdırılmasını yekunlaşdırıb. Müraciətini formalaşdırmış vətəndaşlardan 3498 nəfər müraciətini göndərib, bu müraciətlər şəffaf qaydada elektron sistem vasitəsi ilə növbəyə alınıb və hazırda proses davam edir. Növbəlilik barədə vətəndaşların elektron kabinetinə bildiriş göndərilib və SMS məlumat verilib.

Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan Axar.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, müraciətləri qeydə alınmış vətəndaşların elektron kabinetinə sistem vasitəsi ilə sənədlərin qəbulu tarixi və yeri barədə bildiriş yerləşdiriləcək və SMS məlumat veriləcək. Şəffaflığın və xidmətdə vətəndaş məmnuniyyətinin təmin edilməsi üçün sənədlərin qəbulu 10 mart 2020-ci il tarixindən başlamaqla növbəlilik əsasında Bakı 2 saylı ASAN Kommunal mərkəzində və Sumqayıt ASAN Xidmət mərkəzində həyata keçiriləcək.

Müraciətləri qeydə alınmış vətəndaşlar yalnız bildirişdə qeyd olunan tarixdə sənədlərin qəbulu üçün ASAN Xidmət mərkəzinə gəlməlidirlər.

Qeyd edək ki, bundan sonra kirayə mənzillərə müraciət zamanı vətəndaşlar EİKZS vasitəsilə elektron kabinetini yarada, müraciətlərini formalaşdıra və dərhal müraciət göndərə biləcəklər.

Vətəndaşların ödəniş qabiliyyətinin qiymətləndirilməsi elektron sistem vasitəsi ilə əldə olunan rəsmi məlumatlar əsasında Fondun açıq bəyan etdiyi meyarlar üzrə həyata keçiriləcək. Belə ki, sənədləri qəbul edilmiş vətəndaşların müraciətinə Fond tərəfindən 5 iş günü ərzində baxılır, onların yaşı, kredit tarixçəsi və rəsmi gəlirləri əsasında kirayəyə yönəldəcəyi maksimal aylıq ödəniş məbləği və kirayə müqaviləsinin maksimal müddəti müəyyən edilir və bu barədə onların elektron kabinetinə bildiriş göndərilir. Bundan sonra həmin vətəndaşların EİKZS vasitəsilə ödəniş qabiliyyətlərinə uyğun yaşayış sahəsini seçmək imkanı yaranır.

Vətəndaşlar Fond tərəfindən ilkin mərhələdə satmaq öhdəliyi ilə kirayəyə verilməsi nəzərdə tutulan yaşayış sahələrinin yerləşdiyi ərazi, sayı, sahəsi və digər məlumatlarla bu keçid vasitəsilə tanış ola bilərlər.

Tarix
2020.03.04 / 13:53
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Zəngilanda yaşayış kompleksinin açılışında

Prezident Zəngilanda yeni otelin təməlini qoydu

Köçəryan sərhədimizə, Şişqayaya gəldi, “artsax bayrağı” ilə...

Azərbaycana qarşı revanşist düşüncəli şəxslər... - Nazir

İran bunu araşdıracağını vəd edib - Bayramov

İlham Əliyev Fitsoya cavab yazdı: Əziz Robert...

Heydər Əliyev Azərbaycanı memar kimi yenidən qurdu

Rusların böyük hücumunu İlon Mask məhv etdi

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla