Yuxarı

Azərbaycanda koronanın olmadığı bölgə... - Səhiyyə naziri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda koronanın olmadığı bölgə... - Səhiyyə naziri

Naxçıvan Muxtar Respublikasında koronavirusa yoluxma halı qeydə alınmayıb.

Axar.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov məlumat verib.

O qeyd edib ki, Naxçıvan Muxtar Respublikasına giriş-çıxış bağlandığından hər hansı təhlükə də yoxdur:

“Yeganə yerdir ki, burada koronavirus qeydə alınmayıb. Muxtar respublikanın bütün şəhər, rayon və kəndlərindəki təsərrüfat malları mağazalarında, oyun zallarında, diş kabinələrində və əhalinin daha çox istifadə etdiyi yerlərdə viruslara qarşı dezinfeksiya işləri aparılır. Müayinə və yoxlamalar üçün Naxçıvanda ən müasir labaratoriya qurulub ki, həmin labaratoriyalarda şübhəli xəstələrə ən dəqiq diaqnoz qoymaq mümkündür. Mağazaların girişində insanların əli spirtlənir. Heç nəyə toxunmadan alış-veriş edirlər. Artıq Naxçıvanda bir neçə gündür ki, onlayn marketdə fəaliyyətə başlayıb. Və evlərə istənilən ərzaq və digər zəruri məhsullar rahatlıqla çatdırılır”.

“Şükür ki, Naxçıvanda koronavirusa yoluxma faktı yoxdur. Lazımi profilaktik və dezinfeksiya tədbirləri müntəzəm olaraq davam etdirilir. Muxtar respublikaya xarici ölkələrdən giriş dayandırılıb. Ahıl və xüsusi qayğıya ehtiyacı olanlara evlərində sosial xidmətlər göstərilir. Naxçıvanın xəstəxanaları da ən müasir səviyyədədir və lazımi imkanlara malikdir", - deyə səhiyyə naziri bildirib.

Tarix
2020.03.29 / 18:36
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla