Yuxarı

Sərnişinlər yolda qalır: "Hesab edin ki, müharibədir..." - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərnişinlər yolda qalır: "Hesab edin ki, müharibədir..." - Video

14:14

Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatına uyğun olaraq, metronun sutkalıq fəaliyyətinin 5 saata endirilməsindən (07:00-09:00 və 17:00-20:00) sonra Bakı Nəqliyyat Agentliyi metro stansiyaları arasında ekspress marşrut xətləri açıb.

Axar.az xəbər verir ki, bu marşrutlarda sıxlıq yaranmaması və sərnişinlər arasında məsafənin qorunmasına maksimum şəkildə qriayət edilir və oturacaqlardan artıq sərnişin avtobuslara götürülmür. Bu isə əlavə problem yaradıb.

Belə ki, dayanacaqlarda qalan sərnişinləri kiçiktutumlu marşrutlar heç bir qaydaya əməl etmədən götürür. Həmçinin bəzi taksi sürücüləri ekspress xətlərin marşrutu istiqamətində adambaşına 1 manatdan olmaqla, 4-5 sərnişin götürərək, xidmət göstərir.

Bir taksiyə 4-5 müxtəlif adamın minməsi və yaxud kiçiktutumlu avtobuslarda sərnişinlərin ayaqüstə, bir-birinə həddən artıq yaxın danışması isə Operativ Qərargahın təlimatına ziddir və karantin qaydalarının pozulmasıdır.

Yol-nəqliyyatı eksperti Elməddin Muradlı isə bildirib ki, aidiyyəti qurumlar işlərin heç də hər yerdə dayanmadığını nəzərə almalıdır:

“Müəyyən sahələr var ki, orada işlər hələ də davam edir, işçilər hansısa formada işə gedib gəlməlidir. Bu baxımdan hesab edirəm ki, Bakı Nəqliyyat Agentliyi və digər aidiyyəti qurumalar bu məsələ ilə bağlı addım atmalıdır”.

E.Muradlının sözlərinə görə, bu kimi müəyyən addımlar vətəndaşlar tərəfindən daxil olan müraciətlər əsasında atılır:

“Dövlət məcburiyyətdən və əhalinin sağlamlığı üçün bəzi qadağalar tətbiq edir. Məhz yoluxmanın daha geniş miqyas almaması üçün metronun iş rejimi 5 saata endirildi, avtobuslara müəyyən məhdudiyyətlər tətbiq edildi, oturacaq sayından çox sərnişin götürülmür və s. Ancaq görünən odur ki, sərnişinlər yolda qalır, dayanacaqlarda sıxlıq yaranır. Bu da əlavə problemə səbəb olur”.

O, əmin olduğunu bildirib ki, aidiyyəti qurum sabahdan problemi həll edə biləcək.

Məsələ ilə saytımıza açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, bütün dünya, o cümlədən bizim ölkəmizdə qeyri-standart bir durum yaşandığını hamı qəbul etməlidir:

“Bu gün yeni təşkil edilən ekspress xətlər də, gündəlik müntəzəm xətlər də hamısı ona görə çalışmır ki, əhali yenə istədiyi vaxt çıxıb avtobusa minsin. Bu xətlər ilk növbədə həyati vacib sahələrdə çalışanların daşınması üçündür. Qalan digər vətəndaşlar evdə qalmalıdır. Onlar özünü təcrid etməklə ölkəmizin, milli sağlamlığımızın qorunmasına dəstək vermiş olurlar”.

M.Ağayev bildirib ki, bu, bayram tətili deyil:

“İnidiki durumu bir müharibə olaraq qəbul edin. Açıq atəş altında nə iş barədə fikirləşmək doğrudur, nə də gəlir. İndi düşünülməli olan yeganə məsələ evdə qalmaqdır”.

Tarix
2020.03.30 / 15:52
Müəllif
Turan, Nigar
Digər xəbərlər

Daha bir deputat partiyadan çıxarılır? – Yüksək vəzifə

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

Adnan Əhmədzadəyə aid “Bolmart”da əməliyyat

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

Bakı və İrəvan arasında sülh sazişinin yeri və tarixi...

Azərbaycandan mal idxalında maraqlıyıq - Papoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla