Yuxarı

Karantindən sonra bu problem yaşana bilər - Diqqət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantindən sonra bu problem yaşana bilər - Diqqət

Çində koronavirusa görə tətbiq edilən karantin müddətində boşanmaların sayının kəskin artması ölkəmizdə də bu durumun müşahidə olunacağı haqda fikirlərin səslənməsinə səbəb olub. Sosial şəbəkə istifadəçiləri bildirirlər ki, Azərbaycanda da uzun müddət birlikdə qalan cütlüklər arasında boşanmaların artacağı mümkündür.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən sosioloq Əhməd Qəşəmoğlu səslənən iddiaları istisna etməyib.

“Bizdə Çindəki qədər olmasa da, bu dövrdə boşanmaların artması gözlənilir. İndi gənclərdə ailə institunun xarakteri dəyişib. Son 20 ildə evlənənlər arasında ailə ilə bağlı vəzifə və öhdəliklər barədə təsəvvürlər dağınıqdır. Çünki burada bir adət-ənənədən gəlmə möhkəmlənmiş model yoxdur. Bir çox ailələr şərti olaraq qurulub və ər-arvadın maraqları eyni deyil. Belə ailələrdə gərginlik var. Bu səbəbdən Çin qədər olmasa da, belə halların baş verməsi mümkündür. Bir-birinə hörməti və məhəbbəti olan insanlar isə bir yerdə qalanda daha da bağlanırlar, münasibətlərinin də yaxşı tərəfləri ortaya çıxır. Həm ev, həm də işlə bağlı məsələlərdə də bir-birilərinə kömək edirlər. Bu müddətdə münasibətlərin möhkəmliyi də yoxlanılır. Ər-arvad arasında ümumi maraqlar ortaq olan zaman bu problemlər ortaya çıxmır. Gərginlik yaranan ailələrdə isə maraqlar üst-üstə düşmür və məcburiyyət qarşısında bir yerdə qalırlar. Elə adamların uzun müddət bir yerdə olması gərginliyə və daxilən bir-birinə olan xoşagəlməz münasibətin üzə çıxmasına səbəb ola bilər ki, bu da boşanmaya zəmin yaradır. Yəni ailələrdə gərginlik varsa, 1 ay evdə oturmaq bunun daha da artmasına təkan verəcək”. Gərginlikdən çıxış yolu haqda danışan psixoloq Gülnar Orucova isə bildirib ki, karantin müddətində cütlüklər bir-birinə zaman ayırmaqla problemlərini asanlıqla həll edə bilərlər:

“Ailədə münasibətlər düzgün qurulubsa, ona karantin müddəti və ya başqa bir məsələ təsir edə bilməz. Düzdür, ailə-məişət zorakılığı, xarakterdən dolayı qaynaqlanan problemlər varsa, karantin müddətində bu, daha da alovlana bilər. Lakin bu zamandan doğru istifadə etməklə problemləri həll etmək mümkündür. Bu səbəbdən karantinin müsbət tərəfləri də var. İnsanlar doğmalarına daha çox vaxt ayıra bilər və hər hansı problem bu dönəm ərzində müzakirə olunaraq həll edilə bilər. İş və ya digər səbəbdən qarşı tərəfə kifayət qədər diqqət edə bilməyən şəxslər bu müddətdə ailəsinə qayğı göstərsə, maraqlansa, yəni daha məsuliyyətli olsa, bu, münasibətlərin daha da yaxşılaşmasına gətirib çıxarar. Bütün günü sosial şəbəkələrdə olmaq, televiziya qarşısında oturmaq, əlbəttə, problemlərin yaranmasına səbəb ola bilər. Yaxşı olar ki, insanlar bu müddəti həyat yoldaşlarını daha yaxından tanımağa, uşaqları ilə vaxt keçirməyə sərf etsinlər”.

Tarix
2020.03.30 / 18:32
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyə 125 ölkə ilə 350 müqavilə imzaladı - Azərbaycan da var

Günay Ağamalıdan qurultaydakı qalmaqalla bağlı bəyanat

Paşinyan Azərbaycanla sərhəddə

Yevgeni Belousov da Bakını tərk etdi

Fəzail Ağamalı istefa verib, görüntülər var - Elçin Ağamalı

Mehdiyevin Heydərovla bağlı şok əməli üzə çıxdı

Paşinyan bu türk ölkəsinə gedəcəyini təsdiqlədi

Bu, Zəfərin mühüm strateji mərhələsi idi

30-dan çox ölkənin parlament sədrləri Bakıda toplaşacaq

Azərbaycan XİN Qazaxıstanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla