Yuxarı

İki qurum Şura və Real TV-nin kampaniyasına qoşuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İki qurum Şura və Real TV-nin kampaniyasına qoşuldu

“Zəka” Ziyalılar Məclisi İctimai Birliyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulub.

Bu barədə Axar.az-a təşkilatın sədri Zahir Məlikli məlumat verib. Z.Məlikli bildirib ki, “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi olaraq QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV-nin başlatdığı kampaniyasına qoşulublar:

“Bu gündən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Real TV-nin başlatdığı ölkəmizdə koronavirus epidemiyasının geniş yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşuluruq.

Qeyd edim ki, təşkilatımız Şuranın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə qrant müsabiqəsində qalib olub. Ölkədə və dünyada gözlənilməz situasiyanın yaranmasını nəzərə alaraq, “İcbari Tibbi Sığorta ilə bağlı maarifləndirmə tədbirlərinin keçirilməsi” adlı layihəmizin istiqamətini dəyişərək, koronavirusla bağlı maarifləndirmə işlərini həyata keçirməyi düşünürük.

Ümid edirəm ki, tibbi sahədə ixtisaslaşmış komandamızla birlikdə ölkə üçün ciddi problemə çevrilən koronavirusla mübarizədə Şuranın başlatdığı layihəni dəstəkləyəcək, ölkə vətəndaşlarının maarifləndirilməsi, onların risklərdən uzaq olması, sağlamlıqlarını qoruması istiqamətində öz töhfəmizi verə biləcəyik”.

Qeyd edək ki, Jurnalist Ekspert Mərkəzi də bu kampaniyaya qoşulub. JEM-in mətbuat xidmətindən yayılan məlumata görə, təşkilatın İdarə Heyəti pandemiya vəziyyətinin təhlükəli həddə çatdığını nəzərə alıb, ən optimal çıxış yolu kimi evdə qalmağı, Operativ Qərargahın tələblərinə şərtsiz əməl etməyi, dövlətin qərarlarını məsuliyyətlə yerinə yetirməyi cəmiyyəti bu bəladan qurtarmağın alternativsiz variantı kimi dəyərləndirir.

Məlumatda bildirilir ki, nəticələrin sevindirici olması birmənalı şəkildə maarifləndirmədən keçir. JEM bacardığı imkanlardan yararlanaraq, bu kampaniyaya real dəstək verməyə hazır olduğunu bəyan edir.

Tarix
2020.03.30 / 22:42
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident: Azərbaycan bölgədəki vəziyyətdən narahatdır

İlham Əliyev İranın müdafiə nazirini qəbul etdi - Foto

Bakı separatçı-terrorçulara hökm oxudu - Rusiyadan ilk reaksiya

Əliyev güclü liderdir, çalışacaq ki, İran... - Mixaylov

Sergey Şoyqu Həzi Aslanov barədə danışdı

Pakistan türk ölkəsi ilə strateji saziş imzaladı

İlham Əliyevin BƏƏ səfəri başa çatdı

Bakı, Moskva və İrəvan arasında sazişlər... - Lavrov

Qardaş ölkənin bərpa səylərinə Azərbaycanın dəstəyi...

İlham Əliyev Ərdoğana məktub ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla