Yuxarı

Bu ev və şəxsi əşyalar dezinfeksiya edilməlidir - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ev və şəxsi əşyalar dezinfeksiya edilməlidir - Siyahı

Koronavirus infeksiyasının yayılması şəxsi gigiyenaya diqqəti artırıb. Gün ərzində tez-tez əllərimizi yumaqla bərabər, evdə gündəlik olaraq təmizləməli və dezinkesiya etməli olduğumuz bir çox əşyalar var.

Axar.az xəbər verir ki, mütəxəssislərin fikrincə, aşağıdakı əşyalar vaxtaşırı təmizlənməlidir.

Qapı dəstəkləri

Yaxşı olar ki, gün ərzində qapı dəstəkləri təmiz su ilə yuyulsun, spirtlənsin. Qapının küçədən olan dəstəkləri daha çox yuyulmalı və dezinfeksiya edilməlidir.

Televizor pultu

Pultların təkcə plastmas hissəsi deyil, düymələri də spirtlənmiş əsgi ilə silinməlidir.

Telefon

Ev və mobil telefonlar da mütəmadi təmizlənməlidir. Mobil telefonların qılafları tez-tez çıxarılmalı və silinməlidir. Küçədən gələrkən isə telefon xüsusi təmizlənməlidir. Telefon sahibi çirkli əllərlə dəfələrlə ona toxunmuş ola bilər və bu da telefonu aktiv virus daşıyıcısı edir.

Oyuncaqlar

Yumşaq oyuncaqlar paltaryuyan maşında yuyulmalı, plastmas, taxta oyuncaqlar isə tez-tez dezinfeksiya edilməli, spirtlə silinməlidir. Koronavirusun yayıldığı bir ərəfədə uşaqların oyuncaqları mümkün qədər yerə atılmamalıdır.

Geyimlər

Bayırdan gələrkən əyindəki geyimlərlə evə girməmək, geyimləri çıxarıb təmiz havada saxlamaq, mümkündürsə, yumaq məsləhətdir. Koronavirusun geyimlərin də üzərində müəyyən vaxt yaşadığını nəzərə alaraq, bu geyimlərlə evdə divanda əyləşmək, uzanmaq məsləhət görülmür.

Çanta

Çantalar gün ərzində çirkli əllərlə toxunduğumuz əsas əşyalardan olduğuna görə, yaxşı olar ki, evə girərkən elə qapının ağzındaca bu əşya dezinfeksiya edilsin. Əks təqdirdə küçədə çantanın üzərinə hopmuş mikrob və ya infeksiyanı evə daşımış olacaqsınız.

Tarix
2020.03.31 / 14:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Orxan Həsənov bu mərkəzin direktoru təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

Azovda həlak olan azərbaycanlıların yaxınları danışdı - Video

Naxçıvanda 2800 illik sirr üzə çıxdı - Alim açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla