Yuxarı

Xanım jurnalistlərin doğmaları bunu bilsin…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanım jurnalistlərin doğmaları bunu bilsin…

Qarşıdan 8 Mart Beynəlxalq Qadınlar Bayramı gəlir. Bu məqsədlə şəhərdə keçirilən sorğudan məlum oldu ki, bayram münasibətilə xanımlarımızın əksəriyyəti hədiyyə olaraq "mişka" istəyirlər.

Maraqlıdır, bəs görəsən xanım jurnalistlərimiz 8 mart bayramı onlara nə hədiyyə edilməsini arzulayır?

Axar.az mətbuatımızın xanım jurnalistlərinin bayram arzularını təqdim edir.

Röya Rəfiyeva:

"Çoxlu təbrik mesajları gözləyirəm. Məni daha çox təbii güllər və kitablar sevindirir. Xüsusi olaraq hədiyyə gözləmirəm".

Aynur Elgünəş:

"Uşaqlıqdan sevdiyim iki bayram var - yeni il və 8 mart. Hədiyyəyə görə yox, günün aurası xoşdu. 8 martda qadına ancaq gül alarlar. Mən hətta gülün şəklini də sevirəm".

Günay İsmayılova:

"Qadınlara azadlıq verilməsini istəyirəm. Bu gün də qadınlar döyülür, zorlanır. Çünki kişinin qulu, köləsi kimi böyüdülür. Müstəqillik yoxdu ailələrdə. Ailələrindən onlara müstəqillik vermələrini istəyərdim".

Fatimə Kərimli:

"Çoxdandır Kafka fincanı istəyirəm, kimsə onu hədiyyə etsə, hədsiz sevinərəm. Daha çox isə Kafkanın ev muzeyini görmək üçün Praqaya bilet istəyirəm. Bu mənim ən böyük arzumdur. Ancaq heç biri mümkün olmasa, kitab hədiyyə edə bilərlər".

Ləman Ələşrəfqızı:

"8 marta ən gözəl hədiyyəni hər il oğlum verir. Mənim üçün açıqca düzəldir və çox vaxt "Səni sevirəm ana", - yazır. Bu mənim üçün ən dəyərli və hər il gözlədiyim hədiyyədir. Xüsusi hədiyyə gözlədiyim kimsə yoxdur. Heç həyat yoldaşımın da evlilik tariximizdə əlini güdməmişəm heç vaxt. Bir dəstə gül, adi diqqət və "mənə lazımsan" deməsi kifayətdir. Onu da əsirgəmir, şükür".

Sevinc Telmanqızı:

"Bəlkə qeyri-səmimi və pafoslu görünəcək sizə, amma mənim bayramla bağlı hədiyyə arzum fərqlidir. Mənimçün ən böyük hədiyyə hüzur, anlayış və gülərüzdür. 16 ildir işləyən biri olaraq, hər zaman arzuladığım şeyləri özüm özümə almışam. Amma həyatda pulla alına bilməyəcək şeylər var ki, onlar daha dəyərlidir. Və mən onları istəyirəm".

İlhamə Əbülfət:

"Böyük hədiyyələri ağlıma gətirmirəm. Elə sadəcə, dırnaq boyası da ola bilər. Amma yazın çalarlarını özündə əks etdirən şarf da olar. Üç qardaşın bacısıyam və tez-tez hədiyyələr aldıqları üçün elə də çox istəyim yoxdu. Anam və qardaşlarımla xoşbəxt ömür mənə yetər".

Günel Əbilova:

"Həyat yoldaşımla həmişə bayram günlərində çalışırıq bir-birimizə lazım olan, ehtiyacımız olan hədiyyələr alaq. 8 Mart bir az fərqlidir, bu dəfə bütün məsuliyyət qarşı tərəfin üzərində qalır. Amma neçə gündür tapşırıram ki, heç nə lazım deyil, hədiyyə alma. Onsuz da 14 fevraldan hələ təzə qurtulmuşuq. Qısası, hədiyyəyə gəlincə, sevdiyim insanın məni düşünməsi hər şeyə dəyər".

Naibə Qurbanova:

"Praktik hədiyyələri sevirəm. Hansı ki, ona ehtiyacım olsun, yoxsa artıq əşya kimi evin hansısa küncündə qalacaqsa, o mənə görə itkidən başqa bir şey deyil. Sevdiyim parfüm və ya zinət əşyası mənim üçün sevimli bayram hədiyyəsi ola bilər. Kitab hədiyyəsinə də münasibətim birmənalı deyil. Çünki mütaliə zövqümü özüm daha yaxşı müəyyən edə bildiyim üçün başqalarının bunu biləcəyinə əmin deyiləm. Psixoloji olaraq da kitab mənim üçün uğurlu bayram hədiyyəsi deyil".

Türkan Abdullayeva:

"Mən maşın istəyərdim böyük məmnuniyyətlə. Olmasa, professional fotoaparat da pis olmazdı".

Leyla Əliyeva:

"Xüsusi günləri qeyd etmirəm. Xüsusilə qarşı tərəfi əziyyətə salmağı sevmirəm. Qadın zövqü kaprizli olur. Qarşı tərəfin seçim edərkən keçirdiyi stressi anlayıram. Amma konkret hədiyyə seçməyimi istəyirsinizsə, bu mini tikiş maşını ola bilər".

Tarix
2015.03.06 / 08:30
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

Prokuror qardaşı oğlunu öldürən şəxsə 7 il cəza istəyib?

Ceyhun Bayramov ukraynalı həmkarı ilə danışdı

Azərbaycanla ən qısa yol istifadəyə verilir - Xaçatryan

Sabah Ermənistana növbəti tədarük olacaq

Zelenski İlham Əliyevə zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla