Avtomobil sıxlığı yaranan
yollarda bu problemin aradan qaldırılması üçün svetoforun
fazalarında dəyişiklik edilib.
Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə
Mərkəzindən Axar.az-a verilən məlumata görə, NİİM paytaxtda
avtomobil sıxlığının qarşısını almaq məqsədilə Mətbuat prospekti
ilə Ayna Sultanova küçəsinin kəsişməsindəki svetoforun fazalarında
(faza - svetofor işıqlarının yanma müddəti) dəyişiklik edib.
Bu dəyişiklik həmin yol kəsişməsində yaranan tıxacların qismən
qarşısını almaq məqsədilə edilib. Belə ki, A.Şərifzadə küçəsindən
Mətbuat prospektinə doğru, sağa hərəkət etmək istəyən nəqliyyat
vasitələrinin hərəkətində gecikmələrin və nəticədə yaranan
tıxacların qarşısını almaq məqsədi ilə svetoforların qeyd olunan
küçələrə sağa dönmə istiqamətləri iki fazada quraşdırılıb. Bundan
başqa, svetoforun tənzimlənməsi Mətbuat prospekti ilə sola dönən
nəqliyyat vasitələrinin, düzünə hərəkət etmək istəyən nəqliyyat
vasitələrinə yaratdığı maneələr də aradan qaldırılıb.