Yuxarı

Prezidentin çağırışına məşhur iş adamı Məşhur qoşulmayıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin çağırışına məşhur iş adamı Məşhur qoşulmayıb?

9 fevral 2020-ci il seçkilərində deputat seçilən tanınmış iş adamı Məşhur Məmmədovun adı Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edənlər arasında yoxdur.

Axar.az xəbər verir ki, “Embavud” şirkətinin Fonda 50 min manat ianə etməsinin isə Məşhur Məmmədova aidiyyətinin olması sual altındadır. Çünki seçki öncəsi “Embavud” şirkətindən verilən rəsmi açıqlamada M.Məmmədovun şirkətin idarəetməsində yer almadığı bildirilmişdi. Hərgah M.Məmmədov “Embavud”un əsas səhmdarlarından biri olaraq qalır.

“Embavud” şirkətindən verilən rəsmi açıqlamaya inansaq, onda hakim Yeni Azərbaycan Partiyasının siyahısı ilə deputatlığa namizədliyi irəli sürülən M.Məmmədovun hələ də Prezidentin çağırışına qoşulmadığını iddia etmək olar.

Halbuki əksər millət vəkilləri bu çağırışa qoşularaq, Fonda ianələr ediblər.

Qeyd edək ki, Fondun vəsaitləri hazırda 105 milyon 262 min 3 manatdır. Fonda 4828 fiziki, 1957 hüquqi şəxs ianə edib.

Fond 19 mart 2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaranıb. İlham Əliyev ilkin olaraq Fonda Prezidentin ehtiyat fondundan 20 milyon köçürüb və bir illik əmək haqqını bağışlayıb. Daha sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bir illik maaşını Fonda ianə edib.

Fond hazırda əhalinin koronaya qarşı mübarizəsinin rəmzinə çevrilib.

Tarix
2020.04.01 / 15:19
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevlə Merz mətbuata bəyanatlarla çıxış etdi

Əliyevlə Merz arasında geniş tərkibdə görüş...

Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya

Prezidentin Almaniya səfəri ilə bağlı - Video

Bakıda gizli görüş keçirilib - İlham Əliyev

Azərbaycan bizim üçün mühüm rol oynayır - Merz

Yeni qərar: bu təhsilverənlərin sertifikatlaşdırma qaydası...

Tramp münaqişəyə son qoydu, Bakı dərhal addım atdı

Azərbaycan Almaniyaya qaz ixracı həcmini artıra bilər

Azərbaycanla Almaniya arasında Birgə Bəyannamə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla