Yuxarı

Kütləvi qida zəhərlənməsi ilə bağlı araşdırma aparıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kütləvi qida zəhərlənməsi ilə bağlı araşdırma aparıldı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.

AQTA-dan Axar.az-a bildirilib ki, agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilib, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.

Nəticələrə əsasən, hazır yeməklər - bozbaşdan götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb.

Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir.

Nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların geri çağırılması təmin olunub.

Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq məlumat verilib.

Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.

Tarix
2026.07.21 / 21:18
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla