Yuxarı

"Sabah" "KuPS" üzərində qələbə qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" "KuPS" üzərində qələbə qazandı

19:43

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq "Sabah" və Finlandiyanın "KuPS" komandalarının start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Sabah": 92. Stas Pokatilov, 3. Stiv Solve, 5. Rəhman Daşdəmirov, 7. Umarali Raxmonaliyev, 10. Aleksey İsayev, 13. İvan Lepinitsa, 11. Kahim Perris, 20. Coy-Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.

Baş məşqçi: Valdas Dambrauskas.

"KuPS": 1. Yohannes Kraydl, 4. Kasim Nuhu, 25. Klinton Antvi, 28. Brahim Maqassa, 29. Akseli Puukko, 8. Petteri Pennanen, 10. Valentin Qask, 9. Qustavo Enqvall, 16. Tommi Yuryu, 24. Bob Arma, 20. Pyotr Pajişek.

Baş məşqçi: Miika Nuutinen.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

***

Matç saat 20:02-də start götürüb.

***

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "Sabah" - "KuPS" (Finlandiya) oyununda ilk qol vurulub.

Masazırdakı "Bank Respublika Arena"da keçirilən matçda "bayquşlar" hesabı açıblar - 1:0.

45-ci dəqiqədə Velko Simiç fərqlənib.

***

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Sabah” II təsnifat mərhələsində ilk oyuna çıxıb.

Bakı klubu Bakıda Finlandiyanın "KuPS" komandasını qəbul edib.

“Bank Respublika Arena”da keçirilən görüş Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi III təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) duelinin güclüsü ilə qarşılaşacaq.

Tarix
2026.07.21 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla