Yuxarı

"Azercell" dünyanın ən çox baxılan kanallarını təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azercell Telekom” şirkəti yeni NNTV mobil TV tətbiqi vasitəsilə ən çox baxılan televiziya kanallarını abunəçilərinə təqdim edib.

Şirkətdən Axar.az-a verilən məlumata görə, bu tətbiq “Azercell” istifadəçilərinə çox rahatlıqla və sərfəli qiymətlərlə yerli və xarici ən populyar televiziya kanallarını yüksək keyfiyyətdə izləmək imkanı verir.

İndi “Azercell” abunəçiləri NNTV tətbiqi ilə daha çox – 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləyə biləcəklər. Burada hər zövqə uyğun tamaşaçı marağını təmin edəcək televiziya kanallarını tapmaq mümkündür. Belə ki, abunəçilər mobil TV tətbiqi vasitəsilə bədii film, musiqili proqramlar, uşaq, əyləncə kanallarını fasiləsiz olaraq yüksək səviyyəli HD formatda izləyəcəklər. NNTV İdman paketinə abunə olmaqla isə ən populyar matçlar və idman yarışlarına baxmaq imkanı mövcuddur.

Heç bir əlavə avadanlıq olmadan telekanalları izləmək imkanı verən bu texnoloji yenilikdən həm fakturalı, həm də fakturasız xətt abunəçiləri yararlana bilər. Xidmət “Android”/“iOS” əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, abunəçilərin rahatlığını təmin edərək, 200-dən artıq dünyanın ən baxımlı kanallarını izləmək üçün onlara 2 növ tarif – günlük və aylıq paket, İdman paketinə isə aylıq abunə təklif olunur. Xüsusilə vurğulamaq istərdik ki, NNTV-yə ilk dəfə qoşulanlar 7 gün ərzində mobil TV-dən tamamilə ödənişsiz istifadə edəcəklər. Yalnız bir həftəlik istifadədən sonra xidmət ödənişli əsaslarla təqdim ediləcək.

NNTV xidməti ilə bağlı ətraflı məlumatla https://www.azercell.com/az/personal/services/partner_services/mobiltv/internet səhifəsində tanış olmaq mümkündür.

Tarix
2020.04.09 / 19:26
Müəllif
Axar.az
Digər xəbərlər

Kremlin “izahatı” qəbul edilmədi, Bakı səfəri ləğv etdi...

Markovdan Yekaterinburqdakı hadisəyə reaksiya: Dəhşətdir

Aleksey Overçukun Azərbaycana səfəri ləğv edildi

Azərbaycan Pakistana başsağlığı verdi

Azərbaycanlılara hücum: Bakıya lazımi məlumat verilib - XİN

Səbinə Əliyeva Rusiya Ombudsmanına məktub ünvanladı

Bizi Ukrayna müharibəsinə göndərmək istəyirdilər...

Azərbaycanlılara hücumun pərdəarxası: Kremlin planı nədir?

Məni bir otaqda, atamı isə o biri otaqda döyürdülər... - Video

Öldürülənlərin cənazəsi nə vaxt Azərbaycana yola salınacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla