Yuxarı

Karantini pozan sərxoş sürücü polislərə müqavimət göstərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karantini pozan sərxoş sürücü polislərə müqavimət göstərdi

Şabranda sürücü sərxoş halda karantin qaydalarını pozub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar rayon ərazisində xidmətdə olarkən sərxoş halda yük avtomobili idarə edən və karantin qaydalarını pozan şəxsi saxlayıblar.

Belə ki, Hacıqabul rayonunun Atbulaq kənd sakini Babək Güləliyev idarə etdiyi yük avtomobili ilə saxlanılıb və onun spirtli içkinin təsiri altında sükan arxasında olduğu, həmçinin karantin qaydalarını pozduğu müəyyən edilib.

Saxlanılan zaman o, məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmayıb.

Həmin sürücü barəsində Şabran RPŞ-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün Şabran Rayon Məhkəməsinə göndərilib.

B.Güləliyev Şabran Rayon Məhkəməsi tərəfindən inzibati qaydada 15 gün müddətində həbs edilib.

Tarix
2020.04.15 / 11:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla