Yuxarı

Sabah bəzi rayonlarda 6 saat qaz olmayacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabah bəzi rayonlarda 6 saat qaz olmayacaq

Sabah bəzi rayonların 6 saat qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-dən Axar.az-a verilən məlumata görə, martın 11-də saat 10:00-dan 16:00-dək "Qaz İxrac" İdarəsinin Abşeron Magistral qaz kəmərləri sahəsinin "Semzavod'' və ''Novxanı'' magistral qaz kəmərləri üzərində yerləşən bəzi ölçü qovşaqlarında, Hacıqabul Magistral qaz kəmərləri sahəsinin "Mədrəsə", Ağdaş Magistral qaz kəmərləri sahəsinin "Mingəçevir", Qazax Magistral qaz kəmərləri sahəsinin "Xanlıqlar", "Köçəsgər", "Alabaşlı" və "Qarayeri" Qazpaylama stansiyalarında təmir işləri aparılacaq.

Bundan başqa, Astara Magistral qaz kəmərləri sahəsinin "Azadkənd-İmişli'' Magistral qaz kəmərinin 61, 62 və 97-ci kilometrlərində yaranmış qaz sızmalarının ləğvi ilə əlaqədar təmir-bərpa işləri görüləcək.

Təmir müddətində Şamaxı rayonunun Mədrəsə, Yevlax rayonun Tanrıqulular, Qazax rayonunun Xanlılar, Ağstafa rayonunun Köçəsgər, Samux rayonun Alabaşlı kəndlərinin, həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhərinin Binəqədi rayonu və Novxanı qəsəbəsinin, o cümlədən, Sabirabad, Saatlı və İmişli rayonlarının bəzi kəndlərinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Tarix
2015.03.10 / 17:16
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Qarabağın bərpasında ilk kömək edən ölkə... - Prezident

Prezidentlər mətbuata bəyanatla çıxış etdilər

Əliyevin Özbəkistana səfəri tarixi hadisədir - Mirziyayev

Prezidentlərin təltifolunma mərasimi keçirildi

Yeni Daşkənddə "Azərbaycan" parkının təməli qoyuldu

Özbəkistan böyük nüfuza malikdir - Əliyev

Maraqlı anlar: İlham Əliyevi Azərbaycan dilində salamladı - Video

Ən səmərəli və nəticəyönümlü fond... - Prezident

Daşkənddə Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirildi

Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı - Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla