Yuxarı

Başçı yerli məmurlara xəbərdarlıq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı yerli məmurlara xəbərdarlıq etdi

Yevlax Şəhər İcra Hakimiyyətində videomüşavirə keçirilib.

Axar.az xəbər verir ki, əlaqədar təşkilat rəhbərlərinin də iştirak etdiyi müşavirədə koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisində həyata keçirilən işlər bir daha müzakirə olunub, görülən işlərə nəzarətin daha da gücləndirilməsi ilə bağlı tapşırıqlar verilmişdir.

Müşavirədə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev respublika ərazisində aparılan kompleks tədbirlərdən, sosial problemlərinin həlli istiqamətində görülən işlərdən danışıb. İcra başçısı bildirib ki, dövlət rəhbəri tərəfindən ölkədə korrupsiyaya və digər qanun pozuntularına qarşı ciddi mübarizə aparılır:

"Proses göz qabağındadır. Məmurlar bütün bunlardan nəticə çıxarmalıdırlar".

Bununla yanaşı o, vətəndaşların ödənişli ictimai işlərə cəlb edilməsi, eləcə də aztəminatlı ailələrə yardımların göstərilməsi məsələlərinin rayon hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətdə saxlanılmasının vacibliyini vurğulayıb.

Tarix
2020.05.01 / 15:18
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni Bakıya səfərə hazırlaşır

Ceyhun Bayramovdan İran-ABŞ atəşkəsinə reaksiya

Fransadan səhv: Ermənistana Azərbaycan bayrağı - Foto

Mixail Zabelin yenə Rus İcmasının sədri seçildi

Xaricdə gizlənənlər üçün son: Bundan qaça bilməyəcəklər!

Bayramov İordaniya baş nazirinin müavini ilə görüşdü

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi

Azərbaycanla münasibətimiz çox yaxşıdır - Xətibzadə

Bayramov pakistanlı həmkarı ilə müzakirə apardı

Ceyhun Bayramov yəmənli həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla