Yuxarı

Jurnalistlərin binasında yoxlama başladı: həbslər olacaq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Jurnalistlərin binasında yoxlama başladı: həbslər olacaq?

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb.

Axar.az Bakıpost.az-a istinadən xəbər verir ki, yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlıdır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.

Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri “qaydasına” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyib.

Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, “Portos İnşaat”, Jurnalist Evi MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vüqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.

Jurnalist Evi MMC-nin direktoru Bünyamin İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib:

“Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün sizə yanlış informasiya verə bilərəm.

Mən jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə Mətbuat prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi Mətbuat prospektində yerləşir – red). Bütün günüm burda keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.

KİVDF-yə təzə gələnlərdən də bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.

Xatırladaq ki, bir müddət öncə yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığı ilə bağlı məlumat yayılmışdı.

Bildirilirdi ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və fondun tərkibində olan Tikinti şöbəsinin 5 əməkdaşını işdən uzaqlaşdırıb.

Qeyd edək ki, Vüqar Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi.

Tarix
2020.05.02 / 10:31
Müəllif
Axar.az
Digər xəbərlər

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Mustafayevin erməni sinif yoldaşı: Şahinin əsl adı... - Video

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

Müqavilə qaydaları dəyişdi: cərimələr sərtləşir...

Erməni nümayəndə heyəti Azərbaycana gələcək

Məmdaninin Azərbaycanla bağlı paylaşımına qarşı petisiya

Şahin Mustafayevin karvanı Ağverəni tərk etdi - Video

Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla