Yuxarı

“Azercell” yeni balans köçürmə imkanlarını təqdim edir!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abunəçilərin gündəlik həyatını müasir texnologiyalar və rəqəmsal həllər vasitəsilə asanlaşdırmağı hədəfləyən “Azercell” şirkəti yeni balans köçürmə imkanlarını təqdim edir.

Axar.az xəbər verir ki, mobil operator innovativ “Mobil Ödəmə” xidmətinin funksionallığını növbəti dəfə genişləndirir. Artıq Fakturasız Xətt (SimSim) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 AZN-dən 50 AZN-dək vəsaiti hədiyyə edə bilərlər. Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ 500 AZN həcmində təyin edilib.

Xatırladaq ki, “Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün “Azercell”in çoxfunksiyalı "KABİNETİM" mobil tətbiqini Playstore və ya Appstore-dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.

Eyni zamanda, “Azercell” “Paycell” xidməti çərçivəsində də yeniliklərə imza atıb. Odur ki, 23 aprel tarixindən etibarən “Paycell” xidməti vasitəsilə istənilən Fakturasız Xətt nömrənin balansına 0.2 AZN, 0.5 AZN və 1 AZN-dən əlavə, həm də 2 AZN və 5 AZN vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib, 2 AZN məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 AZN üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə “Azercell” “Mobil Ödəmə” və “Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün əlavə xidmət haqqı tətbiq etmir.

“Mobil ödəmə” xidməti haqqında ətraflı məlumatla BU səhifəyə keçid edərək tanış ola bilərsiniz.

“Paycell” xidməti haqqında ətraflı məlumat üçün BU səhifəyə daxil olmağınız xahiş olunur.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2020.05.04 / 17:16
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

Bakıda QDİƏT PA-nın 65-ci plenar sessiyası keçirilir

Yaxın Şərqdəki nüvə təhlükəsi... – Zaxarova

29 İtaliya vətəndaşı İrandan Azərbaycana keçdi

İran məğlub olsa, Azərbaycan... - Mixaylov

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla