Yuxarı

Usubov yeni rejimlə bağlı əmr imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Usubov yeni rejimlə bağlı əmr imzaladı

Azərbaycan polisi Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər naziri general-polkovnik Ramil Usubovun imzaladığı əmrə əsasən Novruz bayramı şənlikləri zamanı ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunmasının, xidməti vəzifələrin yüksək səviyyədə və daha mütəşəkkil icrasının təmin edilməsi məqsədi ilə 2015-ci il martın 20-dən 29-dək nazirliyin bütün orqan və hissələrinin şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Əmrdə, qeyd edilir ki, bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədi ilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Bu məqsədlə bayram günlərində göstərilən ərazilərdə post patrul xidməti naryadlarının sayı artırılacaq.

Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda martın 20-dən 28-dək qeyri-iş günü elan edilib.

Tarix
2015.03.16 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla