Yuxarı

Mənsimovu həbsə aparan səbəb... – Milyarder açıqladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada yaşayan azərbaycanlı iş adamı Fərhad Əhmədov Palmali Şirkətlər Qrupunun rəhbəri, hazırda Türkiyədə həbsdə yatan azərbaycanlı milyarder Mübariz Mənsimovla bağlı fikirlərini bölüşüb.

Axar.az F.Əhmədovun münasibətini təqdim edir:

Mübariz Mənsimov hadisəsi ilə bağlı niyə susduğumu məndən bir neçə dəfə soruşublar. Deyim ki, susmuram. Bu məsələ ilə bağlı Türkiyəyə ən yüksək səviyyədə müraciət etmişəm. Ancaq hər kəs xatırlamalıdır ki, bu onların ölkəsi, onların məhkəməsidir.

Əminəm ki, aşkarlıq və istintaqın gedişatına və Türkiyədəki məhkəmənin qərarına, xüsusən prezidentin mövqeyinə təsir etmək üçün edilən hər hansı bir cəhd yalnız əks-təsir göstərəcəkdir. Bunu başqalarından daha yaxşı başa düşürəm.

Son illərdə mən şəxsən iki dəfə Rusiya ilə Türkiyə arasındakı problemlərin həllində iştirak etmişəm. Sonuncu dəfə isə beş ay əvvəl.

Mübariz Mənsimovla yaxın dost deyildik, bizi yalnız Vətənə və ortaq dostlara, mərhum Natiq Əliyevə və nərdə olan sevgi birləşdirirdi. Amma mən həmişə deyirdim və hətta yazırdım ki, Mübariz Mənsimov Azərbaycan diasporunun ən görkəmli nümayəndələrindən biridir, vətənini səmimi sevir, Vətən üçün çox xeyirli işlər görüb və daha çox iş görə bilər. Onun şirkətinin xüsusiyyətləri ilə tanış deyiləm, ona görə də yalnız bildiklərimi söyləyəcəyəm.

O, uzun illər ərzində işini üç dostu ilə sıx əməkdaşlıq şəraitində qurdu. Onlardan birini yaxından tanıyıram, yeri gəlmişkən, Mübariz hörmət əlaməti olaraq onu “əmi” adlandırırdı. Bizi o tanış edib. Ancaq son zamanlar Mübariz hər kəslə qarşıdurma yaratdı, sayəsində böyük iş adamı olduğu adamların əlehyinə getdi, halbuki onlar olmadan təkbaşına tanker donanması yarada bilməzdi. Bir məsəldə deyildiyi kimi, “pozma dostla, yoldaşla təması, yaman olur onun davası".

Dörd ay əvvəl kömək üçün mənə müraciət etdi. Əlimdən gələni etdim, amma şəriklərindən açıq şəkildə üzr istəməsi şərti ilə. Razılaşdı və sonra olanlar oldu.

Məni narahat edən odur ki, ona qarşı olan dörd əsas şahid təkcə şirkətinin rəhbərləri deyil, həm də dostlarıdır. Nə baş verir? O, iş yoldaşlarının və dostlarının etibarını itiribmi?

Ancaq oturanlar da, bizi tərk edənlər də ya yaxşıdır, ya da heç nə.

Onun keçmiş işçiləri və dostları, bildiyimə görə, Mübarizin terrorçularla əlaqələri barədə danışırlar. Bu və onun hər hansı bir radikal təşkilatda əlaqəsi barədə heç nə deyə bilmərəm. Mənimlə ünsiyyətdə olduğu zaman belə söhbətlər etməyib və heç vaxt Gülənin adını çəkməyib. Əksinə, mənə həmişə Ərdoğanın tərəfdarı olduğunu deyirdi. Yeri gəlmişkən, Gülən və Ərdoğan da əvvəllər dost idilər, lakin ayrıldılar.

Mən həqiqətin və ədalətin gücünə inanıram. Zaman hər şeyi öz yerinə qoyacaq. Buna görə istintaqın nəticələrini və məhkəmənin qərarını gözləyirik. Onun fikir ayrılıqları üçün həbsxanada saxlanılan siyasi məhbus aqibəti yaşamasını istəməzdim. Eşitdiyimə görə, onun vəkilləri güclüdür. Ümid edirəm ki, vəziyyət düzələcək və o, uşaqlarının yanına qayıda biləcək. Onun dörd övladı var.

Və sonda həmişə dediklərimi deyəcəyəm. Bizim istənilən müharibəmiz düşmənlərimizə sərf edir. Hamımızın bir yumruq kimi birləşməyimiz lazımdır, hamımızın bir xarici düşməni var.

Tarix
2020.05.23 / 12:36
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla