Yuxarı

Naxçıvanın yeni baş nazirindən ilk açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Naxçıvanın yeni baş nazirindən ilk açıqlama

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Səbuhi Məmmədovun Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi haqqında Ali Məclisin qərarını imzalayıb.

Axar.az xəbər verir ki, yeni Baş nazir Səbuhi Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyasında çıxış edərək, yüksək etimada görə Azərbaycan Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlıq edib.

“Ötən dövrdə muxtar respublika böyük inkişaf yolu keçmiş, blokada şəraitində olmasına baxmayaraq iqtisadiyyatın çoxşaxəli və davamlı inkişafına nail olunmuş, ərzaq və enerji təhlükəsizliyi təmin edilib. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, ötən il ümumi daxili məhsulun həcmi 2 milyard 839 milyon 650 min manata çatdırılıb, 1 milyard 14 milyon 971 min manat dəyərində sənaye, 507 milyon 641 min manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal olunub. Hazırda tikintisi davam etdirilən 2 yeni su elektrik stansiyası fəaliyyətə başladıqdan sonra muxtar respublika özünü 100 faiz alternativ və bərpaolunan enerji ilə təmin edəcək. Ötən il muxtar respublikanın xarici ticarət dövriyyəsi 494 milyon 574 min Amerika Birləşmiş Ştatları dolları təşkil etmiş, ticarət əməliyyatlarının 86 faizi ixracın payına düşüb. Səhiyyə, təhsil, turizm, rabitə, mədəniyyət, milli və mənəvi dəyərlərimizin qorunması, əhalinin məşğulluğunun təmin olunması sahəsində də ardıcıl tədbirlər görülür. İqtisadiyyatın çoxsahəli inkişafı muxtar respublikada büdcə gəlirlərinə öz müsbət təsirini göstərib, 2020-cil il dövlət büdcəsinin gəlirləri 2019-cu illə müqayisədə 37 faiz, 2018-ci illə müqayisədə isə 56,5 faiz artırılıb", - o qeyd edib.

Səbuhi Məmmədov muxtar respublikanın inkişaf dinamikasına uyğun olaraq durğunluq və ətalət vəziyyətində olan Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin çevik və effektiv idarə olunan yuxarı icra orqanı kimi fəaliyyətini gücləndirəcəyinə və verilən tapşırıqları uğurla yerinə yetirəcəyinə söz verib.

Tarix
2020.05.23 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla