Yuxarı

Düşmənlə öz dilində danışmalıyıq – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Mədəniyyət Komitəsinin sədri, siyasi elmlər doktoru Qənirə Paşayeva bu gün TADİV (Türkiyə-Azərbaycan Dostluq, İşbirliyi və Dayanışma Vəqfi) başqanı, qardaş Türkiyədə yaşayan tanınmış azərbaycanlı alim Aygün Attarın təşkilatçılığı ilə keçirilən virtual konfrasda qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı məruzə ilə çıxış edib.

Axar.az xəbər verir ki, TADİV-in sosial media hesabları üzərindən canlı yayınlanan “İrəvan xanlığı torpaqlarının Ermənistana verilməsinin 102-ci ildönümü” mövzusunda keçirilən konfransda Attar və Paşayeva ilə yanaşı, Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, TBMM üzvü Xəlil Özşavlı, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dekanı Elçin Əhmədov, Dünya Axıska Türkləri Birliyi Avropa təmsilçisi Burxan Özkoşar (Fransa), Türk-Amerikan Güvənlik Vəqfi başqanı Fatih Özonur (ABŞ) çıxış edib, mövzu üzrə fikirlərini bölüşüb.

Komitə sədri öz məruzəsində tarixdə ilk erməni dövləti qurularkən - 102 il öncənin mürəkkəb geosiyasi vəziyyətində məcburən ermənilərə paytaxt olaraq güzəşt edilən İrəvanın bu gün sülhə, qarşılıqlı anlaşmaya, birgə yaşayışa deyil, işğalçılığa, terrora xidmət edən bir şəhər durumuna gəldiyini acı təəssüflə bildirib:

“İrəvan ermənilərə Ermənistanın, erməni qurum və quruluşların bir daha Azərbaycandan torpaq iddiasında bulunmayacağı şərti ilə verilsə də, hüquq, qayda-qanun tanımayan Ermənistan dövləti öz öhdəliyini “unudaraq”, hətta yeni ərazilərin işğalını həyata keçirdi. Əlbəttə, bu işğallar 102 il öncə olduğu kimi, yenə böyük havadarlarının sayəsində mümkün olmuşdur və bütün digər ağır nəticələrlə birgə, maddi mədəniyyət abidələrimizə də təsirsiz ötüşməmişdir.

Ermənilər çağdaş dünyada bəlkə də yeganə xalqdır ki, işğal etdiyi ərazilərdə yerli əhalini ya qətl edir, əsir alır, ya da məcburi köçkün salır; eləcə də maddi mədəniyyət abidələrini özününküləşdirir, dəyişdirir, yaxud sıradan çıxarır. Tarixi İrəvan xanlığının mərkəzi olan şəhərimiz də bu mənada istisna təşkil etmir. İrəvandakı saysız-hesabsız abidələrimizdən bu günə öz adı və əski görkəmi ilə demək olar ki, heç nə qalmayıb”.

Komitə sədri mövzu üzrə tarixi faktları, görülməsi vacib məsələləri diqqətə çatdırdıqdan sonra suallara da cavab verib. O, qardaş ölkələrin bir sıra ortaq problemlər içində olduğunu, o cümlədən beynəlxalq erməni diaspor və lobbi güclərinin anti-türk təbliğatını uzun illərdir apardığını xatırladıb:

“Özü ən yeni tarixdə soyqırım törətmiş bir dövlət, xalq əssasız soyqırım iddialarını 100 ildən artıqdır ki, usanmadan təbliğ edir, filmləşdirir, kitablaşdırır, abidələşdirir. Biz indi İrəvanda qalmış mədəni irsimizin sıradan çıxarılmasından, özgələşdirilməsindən danışırıq, ancaq etiraf edək ki, işğalçılar qədər mütəşəkkil qaydada iş aparmırıq. Məncə, daha güclü iş aparmağımız üçün imkanlarımız yetərincədir. Dövlət dəstəyi, siyasi iradə var; mövqeyimiz haqlıdır; düşmənlə anladığı dildə, ən azı öz üslubunda danışmaq ehtiyacı mövcuddur və mübarizə aparmaq üçün vətənpərvər və intellektual gənclərimiz yetişib. Demək, görülmüş işləri gözardı etmədən, mübarizədə yeni fəsil açmalıyıq”.

Tarix
2020.05.30 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian şayiələrə son qoydu: Mən fəxr edirəm ki, türkəm!

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla