Yuxarı

Birbank “Adı ilə böyüsün” layihəsi ilə ilkə imza atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Birbank “Adı ilə böyüsün” layihəsi ilə ilkə imza atdı

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb.

Belə ki, “Adı ilə böyüsün” layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacın uşağın adına əkildiyini təsdiqləyən xüsusi sertifikat təqdim olunur.

Layihə haqqında fikirlərini bölüşən Kapital Bank-ın Əməliyyatlar ofisinin lideri Məhəmməd İbrahimov qeyd edib: “Bu layihəni bizim üçün xüsusi edən odur ki, hər yeni doğulan uşağın dünyaya gəlişi bir ağacın əkilməsi ilə yaşıl bir izə çevrilir. Uşaq böyüdükcə bu təşəbbüsün yaratdığı xatirə də onunla birlikdə böyüyür. İstəyirik ki, illər sonra həmin uşaq onun adına əkilən ağacı gördükdə, dünyaya gəlişinin cəmiyyət üçün dəyərli bir hadisə olduğunu hiss etsin. Beləliklə o, həyatının ilk günündən başlayan bu xatirəni illər sonra da yaşada bilsin”.

“Adı ilə böyüsün” layihəsi sentyabr ayından etibarən həyata keçirilir və layihə çərçivəsində ağacların əkildiyini təsdiqləyən sertifikatlar Birbank müştərilərinə həftəlik əsasda SMS vasitəsilə göndərilir. Valideynlər sertifikatın həqiqiliyini yasilgelecek.az saytı üzərindən yoxlaya bilərlər.

Təşəbbüs körpələrin dünyaya gəlişini gözəl xatirəyə çevirməklə yanaşı, yaşıllığın artırılmasına və ətraf mühitə qayğı mədəniyyətinin təşviqinə də diqqət çəkir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC və “Kapital Bank”-ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.10.06 / 15:55
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla